Millət vəkili Q.Paşayeva İzmir valisi ilə Xocalı Soyqırımının dunyada daha geniş tanıdılmasını müzakirə edib

 Millət vəkili Q.Paşayeva İzmir valisi ilə Xocalı Soyqırımının dunyada daha geniş tanıdılmasını müzakirə edib.

????????????????????????????????????

Millət vəkili Q. Paşayeva,  Azərbaycanın  Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsib, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi  Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev, İzmirdə fəaliyyət göstərən azərbaycanlı alim Gülmira Kuruoğlu  İzmir valisi Mustafa Toprakla  görüşüb. Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak etmək üçün İzmirə səfər etdiyini deyən millət vəkili Q.Paşayeva Ankarada həyata keçirilən terror hadisəsinə toxunaraq bildirib ki, qardaş  Türkiyədə şəhid olan qardaşlarımıza Allahdan rəhmət,  yaxınlarına səbr diləyir,  terroru, ona dəstək verən gücləri və dövlətləri  lənətləyirik. Hər zaman o cümlədən terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyən millət vəkili Q.Paşayeva Ermənistan dövlətinin birbaşa dəstəyi ilə 24 il əvvəl Azərbaycanda həyata keçirilən dəhşətli terror hadisələrinə toxunaraq çox təəssüf ki, dünya terrorla mübarizədə hələ də ikili standartlardan əl çəkmir deyib. Q.Paşayeva valiyə Ermənistanın 24 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışıb və bildirib ki, bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün bütün Türk dünyası birlik içində fəaliyyətlərini daha da artırmalıdır. Millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilmədiyini qeyd edərək, erməni diasporuna qarşı birlikdə mübarizə aparmağının vacibliyini də söyləyib : “Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı birlikdə  daha da sürətləndirməliyik.Tariximizin dünyanın hər yerində yaşayan gənclərimizə daha yaxşı öyrədilməsi üçün daha çox çalışmalıyıq.  Erməni soyqırımı yalanlarına qarşı mübarizəni də  birlik və bərabərlik içində aparmalıyıq”. Atatürkun “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir”, – deyən millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib.
İzmir ilə Bakı şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.  Azərbaycanın ən böyük sərmayəni qardaş Türkiyəyə, İzmirə qoyduğunu vurğulayan millət vəkili Q.Paşayeva bölgələrimiz arasında əməkdaşlığın genişlənməsi də çox vacib məsələlərdəndir deyib. Millət vəkili Q.Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsib İzmirdə çoxlu sayda Azərbaycanlı tələbələrin təhsil aldığını deyərək onların yataqxanalarla bağlı ortaya çıxan problemləri də daxil olmaqla problemlərinin həlli istiqamətində valinin bundan sonra da öz dəstəyini əsirgəməyəcəyinə inandıqlarını deyiblər və tələbələrlə də bağlı geniş müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva İzmirdə yaşayan Azərbaycanlılar və onların yaratdıqları təşkilatlara da toxunaraq valinin onların Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində bundan sonra da dəstəyini əsirgəməyəcəyinə inandığını deyib. Azərbaycan  Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bəzi layihələrlə bağlı danışıb və bu istiqamətdə də müzakirələr aparılıb. Izmir valisi Mustafa Toprak  bildirib ki, hər zaman Azərbaycanla bağlı, izmirdə yaşayan və təhsil alan azərbaycanlılarla bağlı məsələdə əlindən gələn dəstəyi göstərməyə hazırdır. Çünki Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və bu qardaşlığın daha da güclənməsi üçün hər birimiz daha da çox çalışmalıyıq. Xocalı Soyrıqımından, Qarabağdan danışan izmir valisi o problemlər sizin qədər birzim də problemlərimizdir və qardaş Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Türkiyə bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olaçaq deyib.    Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İzmir Valisi Mustafa Topraka  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib və onu ölkəmizə dəvət edib. 

 

Advertisements

19.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: