Millət vəkili Q. Paşayeva Taylandın Yazıçılar Birliyi ilə görüşdə Tay dilində Azərbaycanla bağlı kitabların nəşr olunması məsələsini müzakirə edib

Millət vəkili Q. Paşayeva Taylandın Yazıçılar Birliyi ilə görüşdə Tay dilində Azərbaycanla bağlı kitabların nəşr olunması məsələsini müzakirə edib

12508680_805351146243593_191177775488975322_nMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Taylandın Yazıçılar Birliyi sədri Burapa Arampee, P.E.N klub rəhbəri xanım Sumitra Channgao, tanınmış şair və yazarları ilə görüşüb. Onlara Azərbaycanla bağlı, ədəbiyyatımızla bağlı geniş məlumatlar verən millət vəkili bildirib ki, toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, böyük şair və yazarlarımızı qarşılıqlı olaraq oxuması vacibdir. Mən burada araşdıranda gördüm ki, Azərbaycanla bağlı Tayland dilində heç bir kitab yoxdur. Azərbaycanlı yazar və şairlərin əsərlərinidən heç bir tərcümənin olmadığını dedilər. Təssüf ki, Azərbaycanda da Tayland ədəbiyyatı, böyük şair və yazarlarınızla bağlı bilgilər çox zəifdir. Ona görə də Yazarlar Birliklərimiz arasında, şair və yazarlarımız arasında əlaqə və əməkdaşlığın inkişafı çox önəmlidir. Azərbaycan Yazıçılar birliyi barədə də məlumat verən qurumun üzvü Qənirə Paşayeva Qarabağ həqiqətləri ilə də bağlı geniş məlumatlar verdikdən sonra 65 milyon əhalisi olan Taylandda bu barədə heç bir kitabın olmamasından təssüfləndiyini deyərək sizin də dəstəyinizlə Azərbaycanla, Qarabağ həqiqətləri ilə bağlı ilk öncə 2 kitabı tay dilində hazırlayıb çap etdirmək və universitet, kitabxanalarla yanaşı siyasi və ictimai xadimlərə, QHT və KİV-ləri də həmin kitabla təqdim etmək çox gözəl olar deyib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar, aydınlar, şair və yazarlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Yazıçılar Birliyi sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarları millət vəkili Q.Paşayevanın dəvətini böyük məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından tanımaq, əməkdaşlıq qurmaqla yanaşı öz yaradıcılıqlarında və fəaliyyətlətində də Azərbaycana yer ayırmaq istədiklərini bildiriblər. Millət vəkili Q.Paşayevanın Taylandda Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı kitabın tərcümə edilərək nəşr edilməsi məsələsini dəstəkləyən Yazarlar Birliyi sədri bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını deyiblər. Taylandın ən böyük şair-yazarlarından olan Naovarat Pongpaiboon isə millət vəkilinin xahişinə dəstək olaraq Azərbaycanın ən böyük şairlərinin əsərlərindən ibarət bir kitabı Tayland dilinə çevirməyi öz üzərinə götürüb. Millət vəkili Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda Qənirə Paşayeva Taylandın Yazıçılar Birliyi sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarlarına rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, müxtəlif materialları hədiyyə edib.

Advertisements

18.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: