Millət vəkili Qənirə Paşayeva Taylandda İslam Mərkəzində Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva Taylandda İslam Mərkəzinin rəhbəri və parlamentin komitə sədri Samart Malulimlə görüşüb

10671212_805769169535124_4076584407174921556_n6, 5 milyon müsəlmanın yaşadığı, əhalisinin 10 faizinin müsəlman olduğu Taylandda millət vəkili Q. Paşayeva İslam Mərkəzini rəhbəri, parlamentin komitə sədri Samart Malulimlə və mərkəz rəsmiləri ilə görüşdə onlara Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib. Ermənistanın işğalçılıq siyasəti ilə də bağlı geniş məlumatlar verən millət vəkili Q. Paşayeva 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün müsəlmanlar və etnik kimliyi və dini inancından asılı olamayaraq ədalətin yanında olan insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var və bu məsələdə bu ölkədə yaşayan müsəlman icmasının dəstəyi vacib və önəmlidir. Millət vəkili Qənirə Paşayeva Tayland İslam Mərkəzinin rəhbəri,parlamentin komitə sədri Samart Malulim və mərkəz rəsmilərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını da deyib və onları Azərbaycana dəvət edib. O, bildirib ki, bu ölkədə yaşayan müsəlma icması fəalları Taylandla Azərbaycan arasında münasibətlərin daha da inkişafında böyük rol oynaya bilərlər. Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Taylandın İslam Mərkəzinin rəhbəri, parlamentin komitə sədri Samart Malulim və mərkəz üzvləri ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı və Qarabağ həqiqətlərinin təbliğində bundan sonra səylərin artıracaqlarını deyiblər.Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Tayland İslam Mərkəzi və mərkəz üzvlərinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar, filmlər hədiyyə edib.

Advertisements

18.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: