Tovuzda millət vəkili Q.Paşayevanın Qarabağ problemi ilə bağlı yeni kitabının təqdimat və imzalanması olub

Tovuzda millət vəkili Q.Paşayevanın Qarabağ problemi ilə bağlı yeni kitabının təqdimat və imzalanması olub

????????????????????????????????????

Tovuzda Heydər Əliyev adına mərkəzdə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın yeni nəşr olunmuş “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)” kitabının təqdimat və imzalanma mərasimi olub. Kitab barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva Ermənistanın torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, törətdikləri soyqırımlar, vandalizm aktları, Dağlıq Qarabağ probleminin tarixi kökləri, müasir vəziyyət, bir sıra beynəlxalq təşkilatların ikili standartları kimi məsələlərin kitabda faktlarla geniş təqdim edildiyini vurğulayaraq gəncləri oxumağa, öyrənməyə səsləyib. Kitabın təqdimat mərasiminə rayonun ən savadlı gənclərinin dəvət edilməsini özəlliklə istədiyini deyən millət vəkili Q.Paşayeva ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz deyib və onları Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. Gəncləri özəlliklə tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş fikir mübadiləsi aparıb və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Millət vəkili Q.Paşayeva gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Görüşün sonunda Q.Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)” kitabını imzalı hədiyyə etməklə yanaşı, onların suallarını da cavablandırıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb.

Advertisements

15.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: