Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərin problemlərini dinləyib və həlli istiqamətində qurumlarla müzakirələr aparıb

Tovuzda sakinləri qəbul edən millət vəkili Q.Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb

????????????????????????????????????

Bir çox xəstələrlə görüşən Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Bir sıra seçicilərin deputatla görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacın olması ilə bağlı fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Bir sıra sakinlər banklarla bağlı yaranmış problemləri, kreditlərinin ödənməsində yaranan ciddi çətinliklər, kiçik bir kredit üzündən kəsilən ünvanlı sosial yardımının bərpası istiqamətində də millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva görüş zamanı bildirib ki, kredit götürdüyü üçün ünvanlı sosial yardımı kəsilən ailələrin problemi artıq dövlət səviyyəsində həllini tapıb və yaxın günlərdə bu problem taamilə aradan qalxacaq və onlar yenə də ünvanlı sosial yardımı ala biləcəklər. Millət vəkilinə müraciətlərin böyük bir hissəsi ünvanlı sosial yardım və iş yeri ilə kömək göstərilməsi ilə bağlı olub. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı millət vəkilinə bir sıra müraciətlər olub. Özəlliklə bir sıra qadınlar boşanma zamanı övladlarına ayrılan alimenti aylarla ala bilməmələrindən və çox ağır vəziyyətdə yaşamalarından şikayətləniblər. Millət vəkili Q. Paşayeva müvafiq qurumlara müraciət edərək getdikcə daha da ciddi problem halını alan bu problemin həllində onları ciddi addımlar atmağa çağırıb. Sonsuzluqdan əziyyət çəkən bəzi ailələr millət vəkilindən tibbin yeniliklərindən yararlanmaqla övlad sahibi ola biləcəklərini deyərək bu sahədə tibb müəsisələrində əməliyyatların çox bahalığından şikayətləniblər və dəstək istəyiblər. Eyni zamanda böyrəkköçürmə əməliyyatına ciddi ehtiyacı olan 2 sakinin ailəsi də millət vəkilinə dəstək üçün müraciət edib. Q.Paşayeva bu məsələləri Səhiyyə nazirinin diqqətinə çatdıraraq sakinlərə kömək istiqamətində xahiş edəcəyini deyib. Özəlliklə evləri müstəqillik illərindən sonra tikilən yeni küçələrin, məhəllələrin sakinləri evlərinin təbii qazla təmin edilməsi istiqamətində problemlərlə üzləşdiklərini, bir millət vəkili olaraq bu sahəyə cavabdeh qurumlarla danışaraq onların üzləşdiyi problemu bir daha diqqət mərkəzinə çatdırmağı xahiş ediblər. Bu məsələni “Azəriqaz” rəhbərliyinin diqqətinə çatdırdığını, yeni evlərlə bağlı Milli Məclisdə bir neçə dəfə çıxış etdiyini deyən Qənirə Paşayeva sakinlərin xahiş və təkliflərini təkrar “Azəriqaz” rəhbərliyi ilə danışaraq köməklik göstərilməsi istiqamətində xahiş edəcəyini deyib. Deputat bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərin qəbulundan sonra Bozalqanlı, Əyyublu kimi böyük kəndləri də ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləri ilə yerində maraqanıb və müvafiq qurumlarla müzakirələr aparacağını və həlli istiqamətində çalışacağını deyib.

Advertisements

11.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: