Millət vəkili Q.Paşayeva “Dünya Turizm Forumu”nda Qarabağla bağlı çağırış edib

Yüzlərlə tanınmış şirkət rəhbərlərinin, siyasətçilərin, məşhur media qurumları və  turizm şirkətlərinin iştirakı ilə keçirilən “Dünya Turizm Forumu”nda millət vəkili Q.Paşayeva “Siyasət və Turizm” mövzusunda geniş məruzə ilə çıxış edib

IMG_6457Turizmin genişlənməsinin iqtisadiyyatla bərabər mədəniyyətlər və dinlərarası dialoqa da  öz müsbət töhvələrini verdiyini deyən millət vəkili Q.Paşayeva ksenofobiyanın, radikallığın artdığı, toleranlığın azaldığı bir dünyada turizmin genişlənməsinin bu kimi xoşagəlməz tendensiyaların azalmasına da təsir göstərə biləcəyini deyib. Q. Paşayeva dünyada turizmin genişlənməsinə ən böyük zərbə vuran amillərdən danışıb. O, deyib ki, müharibələr, işğallar  turizmə  zərbə vuran ən ciddi amillərdəndir:”Mən sizə öz ölkəmdən misal gətirmək istəyirəm. Azərbaycan turizm baxımından çox gözəl bir ölkədir. Amma Azərbaycan müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə Ermənistan Azərbaycana qarşı  işğalçılıq  siyasəti yeritməyə və Azərbaycan torpaqlarını işğal etməyə başladı. Ermənistan Azərbaycan torpaqlarının 20 fazini işğal etməklə ona çox böyük zərərlər vurdu o cümlədən turizm baxımından. Bizim işğal altındakı torpaqlarınımız turizm  baxımından çox gözəl bölgələrdir amma 20 ildən artıqdır ki,  Ermənistan hələ də onları işğaldan azad etməkdən imtina edir. Eyni zamanda bu işğal nəticəsində bütün dünyada o illərdə Azərbaycanın adı müharibə bölgəsi kimi tanınmağa başladı və təbii ki, bu da ölkəmizdə turizmin inkişafına həmin zaman böyük zərbə vurdu. Çünki müharibə olduğu bölgələrə turistlər getməkdə maraqlı deyilllər. Çox təssüf ki, son illər müharibə, gərginlik ocaqlarının sayı azalmadı tam əksinə daha surətlə artdı ki, bu da hamımızı ciddi narahat etməlidir. Ona görə də harada baş verməsindən asılı olmayaraq dünyada sülhün olmasını istəyən hər bir kəs işğallara qarşı öz etiraz səsini ucaltmalıdır. ” Millət vəkili turizmə zərbə vuran digər ciddi bir amil olan terrorun  bütün  dünyada  artmasının da böyük narahatlıq doğurmalı olduğunu deyib:”Mən yenə öz ölkəmdən və tədbirin keçirildiyi Türkiyədən misal gətirmək istəyirəm. Azərbaycanda 25 il əvvəl  Ermənistan dövlətinin birbaşa dəsətəyi ilə terror hadisələrinin törədilməsi təbii ki, çoxlu sayda insanlarımın həyatını itirməsi ilə yanaşı bir çox sahələrə o cümlədən ölkəmizdə turizmə də özünün ciddi mənfi təsirini göstərmişdi. Bir az öncə Türkiyənin turizm şirkətləri son terror hadisələrinin turizmə nə qədər böyük zərbə vurduğunu açıqladılar. Amma çox təssüf ki, Azərbaycanda Ermənistanın dəstəyi ilə mülkü azərbaycanlılara qarşı terror hadisələri törədiləndə və Türkiyədə terror təşkilatı minlərlə günahsız insanı qətlə yetirəndə dünyadan buna qarşı sərt münasibət görmədik, terrorla mübarizədə bizə ciddi dəstək verilmədi. İndi isə terror  surətlə bütün dünyada artır  Terror insanlığa qarşı cinayətdir və harada baş verməsindən asılı olmayaraq ona qarşı mübarizədə birlikdə olmalıyıq. Bu məsələdə ikili standartlar olmamalıdır.  Sadəcə turizmin deyil dünyanın və insanlığı gələcəyi üçün artıq bu məsələlərdə bərabər mübarizə aparmalıyıq”. Millət vəkili Q. Paşayeva Azərbaycanla bağlı, turizm potensialı, Azərbaycanda keçiriləcək beynəlxalq yarışlarla bağlı geniş çıxış edib və turizm şirkətlərini, turistləri Azərbaycana dəvət edib. O, bildirib ki, Azərbaycan bu gün turistlər üçün ən təhlükəsiz ölkələrdən biridir və onların gözəl istirahət üçün yüksək səviyyədə hər cür şərait var. Millət vəkili turizm şirkətlərinə bir xəbərdarlıqla da bağlı çıxış edib və çağrış səsləndirib:”Bəzən görürük ki, bəzi turizm şirkətləri təşkil etdikləri sərgilərdə bilərəkdən və ya bilməyərəktən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ  bölgəsinin ayrıca bir ölkə kimi təmsil olunması kimi  böyük bir səhvə yol verirlər. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir dövlət yoxdur və olmayacaq. O torpaqlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələridir.  Bütün dünya  ölkələrini və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır. Biz hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və turizm şirkətlərini çağırırıq ki, heç bir zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində təxribatçılara öz tədbirlərində imkan verməsinlər”. Millət vəkili tədbirdə xarici şirkətlərin Azərbaycanla bağlı, ölkəmizin turizm imkanları ilə  bağlı suallarını da geniş cavablandırıb.        

 

Advertisements

06.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: