Millət vəkili Q. Paşayeva Milli Məclisin iclasında kredit götürən və övladı ödənişli ali təhsil alan ailələrin ünvanlı sosial yardımının kəsilməməsi təklifi ilə çıxış edib

Millət vəkili Q. Paşayeva bu gün Milli Məclisin iclasında rayonlarda, kəndlərdə seçicilərlə görüşdə onların qaldırdığı çox vacib bir məsələ ilə bağlı çıxış edib və Milli Məclis və Hökumətdən insanların ünvanlı sosial yardımla bağlı narahatlıq və problemlərinin həllinə çağırıb.

m8Millət vəkili Q. Paşayeva deyib ki,  ünvanlı sosial yardım alan ailələr hər hansı bir ağır probleminin həlli istiqamətində,bir xəstəsinin əməliyyatı və çox önəmli bir çətinliyini həll etmək üçün bir az kredit götürən kimi həmin ailəyə verilən ünvanlı sosial yardım kəsilir: “Axı bu ailə varlanmır tam əksinə borcu daha da artır və belə bir ailəyə ünvanlı sosial yardımını almaq daha çox lazımdır. Amma onlara verilən yardım kəsilir və ailə daha da ağır vəziyyətə düşür. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. İkincisi ünvanlı sosial yardım alan ailələrin övladları ali məktəbə ödənişli əsaslarla qəbul olunduğu halda həmin ailəyə verilən yardım kəsilir. Nə üçün? Axı o yardım kəsilsə, həmin ailə övladını ali təhsil arxasınca göndərə bilməyəcək. Belə ailəyə daha çox dəstək göstərmək lazımdır ki, övladını oxuda bilsin. Amma ona verilən ünvanlı sosial yardım kəsilir. Bu insan övladı ödənişli ali təhsil almağa düşəndə varlanmır ki? Tam əksinə qayğı və problemləri daha da artmağa başlayır. Ona görə də bu iki məsələnin ünvanlı sosial yardımın verilməsi zamanı ləğv edilməsi lazımdır. Cənab Prezidentin az təminatlı ailələrə daha çox diqqət və qayğının göstərilməsi ilə bağlı göstəriş və tapşırıqları insanlarımızda bu məsələnin öz həllini tapacağına inamı artırıb. Ona görə də mən Milli Məclisimizi və Hökuməti, müvafiq qurumları bu məsələnin həllinə çağırırıram. Çox sayda insanlarımız bunu gözləyirlər.”     

 

Advertisements

01.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: