Millət vəkili Qənirə Paşayeva Taylandın Hökumət rəhbərliyi ilə Qarabağ problemindən danışıb

Qənirə Paşayeva Baş Nazır müavininə Taylanddan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib.

IMG_0920Millət vəkili  Qənirə Paşayeva Taylandda Baş nazirin müavini Prajin Juntoqla  görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva ona Azərbaycanla bağlı məlumatlar verib, Azərbaycan-Tayland münasibətləri ilə  yanaşı  Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş danışıb.  O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki,  Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə böyük ehtiyac var. Qənirə Paşayeva Baş Naizr müavininə dost Taylanddan Dağlıq Qarabağ münaqişəsi və digər önəmli məsələlərdə beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib və onu  hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyərək  Azərbaycana dəvət edib.  Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini,  Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində  maraqlı olduqlarını deyən Tayland Baş nazirin müavini Prajin Juntoqla  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyib. Görüşün sonunda Qənirə Paşayeva  Baş nazirin müavini Prajin Juntoqlaya  rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. 

 

Advertisements

14.01.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: