Millət vəkili Qənirə Paşayeva Tayland Parlament üzvlərini  Xocalı Soyqırımını tanımağa çağırıb

Millət vəkili  Qənirə Paşayeva Taylandda Parlament üzvləri, millət vəkilləri Muk Sulaiman, Nattaya Benjasirivan, Farida Sulaiman da daxil olmaqla 10  millət vəkili, komitə sədri  ilə görüşüb

IMG_0151Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azırbaycan-Tayland münasibətləri ilə  yanaşı  Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib.  O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar  Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə böyük ehtiyac var.  Tayland millət vəkillərinə Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tayland Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verən millət vəkili Qənirə Paşayeva  Tayland millət vəkillərini  hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları  Azərbaycana dəvət edib.  Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini,  Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tayland millət vəkilləri millət vəkilindən Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Tayland millət vəkilləri Azərbaycana gəlməkdən böyük məmuniyyət duyacaqlarını  deyiblər və Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər. Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirəningilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları və tanınmış modelyer  Gülnarə  Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks  etdirən əl işləri  Tayland millət vəkillərinə hədiyyə olunub

Advertisements

13.01.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: