Millət vəkili Qənirə Paşayeva Taylandın müsəlman icmasına Qarabağla bağlı çağırış edib

Taylandda səfərdə olan millət vəkili Q. Paşayeva bu ölkədə yaşayan müsəlman icmasının rəsmiləri ilə görüşüb

12498842_974970519206772_1813789787_nTaylandda böyük müsəlman toplumunun yaşamasından məmun olduğunu deyən millət vəkili Q. Paşayeva icma rəsmiləri ilə görüşdə onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş məlumatlar verən millət vəkili Q. Paşayeva 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün müsəlmanlar və etnik kimliyi və dini inancından asılı olamayaraq ədalətin yanında olan insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var və bu məsələdə bu ölkədə yaşayan müsəlman icmasının dəstəyi vacib və önəmlidir. Millət vəkili Qənirə Paşayeva Taylandın müsəlman icması rəsmisi  Mayo Suttikan  və icma üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını da deyib və onları Azərbaycana dəvət edib. Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Taylandın müsəlman icması rəsmisi  Mayo Suttikan   və icma üzvləri ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı  və Qarabağ həqiqətlərinin təbliğində bundan sonra səylərin  artıracaqlarını deyiblər.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Tayland müsəlman icması rəhbərliyi və üzvlərinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materiallar, tanınmış modelyer  Gülnarə  Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks  etdirən əl işini hədiyyə edib.

Advertisements

11.01.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: