TÜRKSOY millət vəkili Q.Paşayevanı medalla mükafatlandırıb

Millət vəkili Qənirə Paşayeva Türk dünyasına xidmətlərindən dolayı TÜRKSOY tərəfindən medala layiq görülüb

IMAG3440TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalı millət vəkilinə təqdim edərkən deyib ki, Q.Paşayeva Türk dünyasının birliyi, bərabərliyi, bir-birini yaxından tanıması və sahiblənməsi üçün aktiv çalışmaqla bərabər Türk dövlət və toplumlarındda baş verən hadisələrə hər zaman həssas münasibət göstərir, iştirak etdiyi beynəlxalq təşkilat və platformalarda bütün Türk dünyasının səsi olmağa çalışır və TÜRKSOY-un fəaliyyətlərini hər zaman ciddi şəkildə dəstəkləyir və onun fəaliyyətinin güclənməsi istiqamətində fəal çalışır. TÜRKSOY-un baş katibi Düsen Kaseinov millət vəkili Q.Paşayeva bu istiqamətdə fəaliyyətində daha da böyük uğurlar diləyərək, bundan sonra da təşkilatımızın bir elçisi kimi daha da səylə çalışacağınıza inanırıq deyib. Millət vəkili Q.Paşayeva TÜRKSOY-a, üzvlərinə, baş katibi dəyərli ziyalı Düsen Kaseinova təşəkkür edərək hər zaman bu əziz təşkilatımızın könüllü elçisi olmaqdan qürur duyduq və bundan sonra da hər zaman yanınızdayıq deyib. Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını TÜRKSOY-a daha da çox dəstək göstərməyə çağıraraq bu təşkilatın fəaliyyətinin daha da güclənməsi hamımız üçün vacibdir deyib. O, iş adamlarımızın da TÜRKSOY-un layihələrinə daha çox dəstək olmalıdır deyib. Görüş və medalın təqdimatı zamanı TÜRKSOY-un 2016-ci ildə planlaşdırdığı önəmli layihələr ətrafında fikir mübadiləsi ilə yanaşı bir sıra Türk toplumlarının üzləşdiyi ağrı-acılardan da danışılıb və millət vəkili Q. Paşayeva Dağlıq Qarabağ məsələsində də Türk dövlət və toplumları ilə bağlı önəmli məsələlərdə də Türk dünyası hər zaman birlikdə olmalıdır. O zaman daha da güclü olaraq ədalətsizliklərə qarşı mübarizə aparmaqla yanaşı, Türk dövlət və toplumlarının bu coğrafiyada haqqı olduğu haqqı əldə edə bilməsinə də nail ola bilərik deyib. 

 

Advertisements

30.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: