Q.Paşayeva İraq, Təlafərdən köçkün düşmüş türkmanlarla görüşdü və Türk dünyasına dəstək çağırışı etdi

Millət vəkili Qənirə Paşayeva İraqdan, Təlafərdən köçkün düşmüş soydaşlarımızla, türkmanlarla görüşüb

????????????????????????????????????

Türkiyədə İraq türkmanlarına yardım mərkəzində İraq türkmanları təmsilçiləri, zülm və əziyyətdən, ölümdən zorla qaçaraq canını qurtara bilmiş Təlafərli türkmanlarla görüş zamanı onlar millət vəkilinə Təlafərdən İŞİD zülmündən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini deyiblər. Yaşadıqları dəhşətləri anladan İraqdan, Təlafərdən köçkün düşmüş türkmanlar ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmanlar arasında xəstələrin çox olduğunu bildirərək dərman, qida məhsulları, isti yorğan-döşək, geyim ehtiyacları barədə məlumat verən türkman təmsilçiləri bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini deyiblər. Millət vəkili Q. Paşayeva türkman uşaqlarla da söhbət edib və onların söylədikləri hər kəsi ağladıb. Q. Paşayeva eyni zamanda zülm və işgəncə nəticəsində qolunu itirən bir türkman gənci ilə də söhbət edib və onun əməliyyat və protez xahişini həll etməyə çalışacağını deyib. Millət vəkili Q. Paşayeva ilə bərabər Təlafərdən köçkün düşmüş türkmanları ziyarət edən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban və millət vəkili adından ehtiyac duyulan bəzi yardımlar bir gün sonra türkman-qardaş bacılarımıza təqdim olunub və millət vəkili Q. Paşayeva İraq türkmanlarına yardımla bağlı Türk dünyasına çağırış edib. Əməliyyata və protezə ehtiyacı olan türkman qardaşımızın məsələsi də Q. Paşayevanın xahişi əsasında xeyriyyəçi insanlardan biri tərəfindən həll olunub. Millət vəkili Q. Paşayeva İraq, Təlafərdən köçkün düşmüş türkmanlarla görüşdən sonra Ankara, Gölbaşı bələdiyyəsi başqanı və Türkiyə Qızılay təmsilçiləri ilə görüşüb və onların dəstəyi əsirgəməyəcəyinə inandığını deyib. Onlar millət vəkili Q. Paşayeva ilə görüşündə dəstək göstərəcərlərini bildiriblər. İraq türkmanları təmsilçiləri Təlafərdə türkmanların üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkman soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Təlafər türkmanlarının vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. Millət vəkili Təlafərdə yaşayan türkmanların üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. İraq türkmanlarının vəziyyəti ilə bağlı bir neçə ay əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Təlafərdə türkmanların vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Təlafər türkmanlarınə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Təlafər türkmanlərı rəsmi təmsilçiləri millət vəkili Q. Paşayevaya bir aylıq əmək haqqını İraq türkmanlarına bağışlaması və eyni zamanda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnsttutu İB tərəfindən edilən dəstəklər üçün də təşəkkür ediblər. Bu bizim borcumuzdur deyən millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasındam asılı olamayaraq hər bir Türk insanı imkanlarının çatdığı qədər acı və üzüntü içərisində yaşayan İraqda, Təlafərdə türkman qardaş-bacılarımızın yanında olmalıdır. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Advertisements

28.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: