Millət vəkili Qənirə Paşayeva Manisada fəal gənclər, qadın təşkilatları, QHT-ləri Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Manisada fəal gənclər, qadın təşkilatları, QHT-ləri Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb

????????????????????????????????????

Görüş zamanı millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Bölgənin fəal gəncləri, qadınları, QHT-ləri ilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin fəal gənclər, qadın təşkilatları, QHT-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında qədim Manisa ilə də bağlı geniş yazının öz əksini tapacağını və Azərbaycanlı oxuculara  Manisa  ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Q. Paşayeva Manisanın fəal gənclərini, qadınlarını, QHT-lərini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən gənclər, qadın təşkilarları, QHT münayəndələri Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Manisanın fəal gənclərinə, xanımlarına, QHT-lərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, musiqi albomlarını da təqdim edib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” ,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib.

 

Advertisements

28.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: