Türkiyənin Sinop, Sakarya, Aydın bölgələrində millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi olub

Türkiyənin Sinop, Sakarya, Aydın bölgələrində millət vəkili Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi olub

????????????????????????????????????

Q.Paşayevanın araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının və Q.Paşayevanın Türkiyədə nəşr olunmuş “Allah seven kalplerdedr” və “Aşk Başka” kitablarının imzalanma mərasimlərində bölgə rəsmiləri, ziyalılar, jurnalistlər və gənclər fəal iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva özəlliklə gənclərə “Karabağ hikayeleri”ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib və Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb. Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva “Karabağ hikayeleri” kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”. Millət vəkili Qənirə Paşayeva müəllifi olduğu digər kitablar barədə də danışıb. Gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablan Qənirə Paşayeva bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsi, ktablarının belə bir missiyaya xidmət etməsindən çox məmnundur. Nəşrindən cəmi iki ay keçməmiş “Allah, sevən kalplerdedir” kitabının Türkiyədə 2-ci baskı ilə çap olunmasını oxuyucuların böyük diqqəti olduğunu deyən millət vəkili bütün oxuyuculara təşəkkürünü bildirib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib. Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarına veriləcəyini də deyib.

 

Advertisements

26.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: