Boluda yaxın zamanlarda Qarabağ parkı açılacaq.

Boluda yaxın zamanlarda Qarabağ parkının açılışı olacaq

????????????????????????????????????

Boluda Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfranslar verən millət vəkili, Bolunun Fəxri Vətəndaşı Qənirə Paşayevanın Bolu bələdiyyə başqanı A.Yılmazla görüşündə millət vəkili bələdiyyə başqanına bir neçə ay bundan əvvəl bununla bağlı təklifimizi dəstəkləyərək Qarabağ adının İstanbul yolu üzərindəki parka verdiyiniz üçün sizə və bələdiyyə üzvlərinə təşəkkürümüzü bildirik deyib. Millət vəkili Boluda belə bir parkın, orada sadəcə Qarabağda bitən Xarı Bülbül çiçəyi abidəsi üzərində Azərbaycandakı Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidədəki kimi acı çəkən, fəryad edən və dünyaya səslənən analar, Xan qızı Xurşudbanu Natavan, böyük şair Vaqif, Qarabağ muğam üçlüyü, Qarabağ və Şuşanın tarixi yerlərinin öz əksini tapacağının böyük önəmindən danışıb. Millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün də önəmli olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib. Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, “inanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Bolu adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin” deyib. Qardaş Azərbaycana bir müddət əvvəl səfəri zamanı özünü öz evindəki kimi hiss etdiyini deyən bələdiyyə başqanı Alaəddin Yılmaz Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Boluda Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. O,inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib.    Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,qədim Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi.   Azərbaycanı çox sevdiyini deyən və Azərbaycana etdiyi səfərini böyük məmnuniyyətlə xatırladığını deyən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Bolu ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Qənirə Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu valisinə  həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, üəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.

Advertisements

25.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: