Millət vəkili Qənirə Paşayevaya Ankarada Türk Dünyasına Xidmət Ödülü verildi

“Türk Dünyası Kültür-Sanat Platformu” 2015-ci ildə Türk Dünyasına Xidmət  Ödülünə millət vəkili Qənirə Paşayevanı layiq görüb

11227867_1049593288437949_3428907334866417022_nPlatform Başkanı Ş.Kuzəçi bildirib ki, qurum millət vəkili Q. Paşayevanı Türk dünyası mədəniyyəti, ədəbiyyatı, sənətinə  xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən dolayı bu ödülə layiq görüb. Türkiyənin Kültür və Turizm Bakanlığı, Gölbaşı Bələdiyyəsi və UKDE tərəfindən düzənlənən tədbir çərçivəsində Platform Başkanı Ş. Küzeci ilə Gölbası Bələdiyə Başkanı Fatih Duruay tərəfindən ödül millət vəkili Q. Paşayevaya təqdim edilib. Türkiyənin bir sıra rəsmi çəxsləri, aydınları, şair, yazarları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş çoxlu sayda şair, yazar, aydının  iştirakı ilə keçən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara, “Türk Dünyası Kültür-Sanat Platformu”na öz təşəkkürünü bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İb-nin sədri Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, bu mükafatı Gözəl ölkəm Azərbaycan, gözəl millətimiz, şəhidlərimiz və Türk dünyası üçün çalışan bütün insanlar adına alıram. Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib.  Gölbaşı bələdiyyəsinin başqanı Fatih Duruay da çıxışında millət vəkili Q. Paşayevanın Türk dünyası ilə bağlı məsələlərdə həssaslığı və gördüyü işlərlə bağlı danışaraq gənc nəsillərimizin belə bir ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq deyib və bələdiyyə adından təbrik və təşəkkür edərək onu konfranslar vermək üçün təkrar Ankaraya dəvət edib. Millət vəkili Q. Paşayeva dəvət üçün təşəkkürünü bildirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.  

 

Advertisements

21.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: