Millət vəkili Q.Paşayevanın Ankarada Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib

Türkiyənin  paytaxtı Ankarada  AzərbaycanTürkiyə  münasibətləri, Dağlıq Qarabağ münaqişəsilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva  Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay  ilə görüşüb. 

????????????????????????????????????

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, gözəl gölbaşının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Ankarada, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Gölbaşı  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay  Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Gölbaşı  bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay  hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Ankarada, Gölbaşında Qarabağ parkı təklifini müsbət qiymətləndirdiyini deyərək bu təklifə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.  Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində Ankaranın, Gölbaşının da yer alacağını bildirib və Azərbaycan insanına bu gözəl yerləri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Gölbaşı  bələdiyyə başqanı Fatih Duruay Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Gölbaşı  bələdiyyə başqanı FatihDuruaya  həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ  hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Ankara, Gölbaşının  tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Ankarada yaşayan bir sıra azərbaycanlı ziyalılar da iştirak edib və  bir sıra fikir və təkliflər ərtafında geniş fikir mübadiləsi aparılıb. 

 

Advertisements

19.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: