Millət vəkili Q. Paşayevanın İncirliovada Laçın küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib

Türkiyənin  Aydın  bölgəsində AzərbaycanTürkiyə  münasibətləri,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva  İncirliova  bələdiyyə başqanı  Kürşat Kale ilə görüşüb 

????????????????????????????????????

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,  qədim İncirliovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İncirliovanın mərkəzi küçələrdən birinə Laçın, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və İncirliova  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini, bir neçə dəfə səfər etdiyini və bələdiyyə başkanlığından öncə iş ilə bağlı bir neçə ay Azərbaycanda yaşadığı deyən İncirliova bələdiyyə başqanı  Kürşat Kale  Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq İncirliova  bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən İncirliova  bələdiyyə başqanı Kürşat Kale  hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın İncirliovada Laçın küçəsi və  Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim İncirliovanın da yer alacağını bildirib və Azərbaycan insanına İncirliovanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili İncirliova bələdiyyə başqanı  Kürşat Kale və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən İncirliova bələdiyyə başqanı Kürşat Kale Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı Kürşat Kaleyə  həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ  hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim İncirliovanın  tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və  Nigar Selcan Yusuf da  iştirak edib və  bir sıra fikir və təkliflər ərtafında geniş fikir mübadiləsi aparılıb. 

 

 

Advertisements

17.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: