Millət vəkili Qənirə Paşayeva Sakarya valisi ilə görüşdə Xocalı Soyqırımından danışıb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakaryaya səfəri zamanı Sakarya valisi Hüseyn Avni Coşla görüşüb

????????????????????????????????????

Sakarya Universitetində təhsil alan 470-dən çox azərbaycanlı tələbəni birləşdirən Öyrənci Topluluğunun rəhbəri və bir sıra üzvləri də görüşdə iştirak edib. Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”.  Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib.  Millət vəkili Qənirə Paşayeva Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Sakarya arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sakaryanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.”  Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Sakaryanın da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”.  Millət vəkili Qənirə Paşayeva Sakarya valisi Hüseyn Avni Coşu ölkəmizə dəvət edib. Sakarya valisi Hüseyn Avni Coş da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik.  Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib. Millət vəkili  Q.Paşayeva görüşdə Sakaryada təhsil alan azərbaycanlı tələbələri valiyə təqdim edərək onların 2 xahişinə diqqət göstərilməsini xahiş edib. Universitetdə təhsil alan və maddi imkanları zəif olan təxminən 25 tələbəyə valiliyin dəstək burslarından yararlanması imkanlarının yaradılması və Xocalı Soyrımının Fevral ayında növbəti ildönümü zamanı tələbələrin yürüş keçirməsinə icazə verilməsi, imkan yaradılması. Vali hər iki məsələni diqqətlə dinləyərək onların öz həllini tapacağını deyib. Azərbaycanlı Öyrənci Topluluğunun rəhbərliyi  bir sıra fikir və düşüncələrini də görüş zamanı geniş bölüşüblər.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib.

 

Advertisements

14.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: