Millət vəkili Q. Paşayeva Manisa valisi və Salihli Kaymakamı ilə görüşdə Azərbaycanı birlikdə bütün bölgələrdə daha geniş tanıtmalıyıq deyib

Millət vəkili Q. Paşayeva Manisa valisi və Salihli Kaymakamı ilə görüşdə Azərbaycanı birlikdə bütün bölgələrdə daha geniş tanıtmalıyıq deyib.

????????????????????????????????????

Manisa valiliyində və Salihli Kaymakamı ilə görüş zamanı millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva: ”Türkiyənin uğuru  Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”- deyən millət vəkili valilık və kaymakamlıqdakı görüş zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva  Manisa valisi və Salihli kaymakamına həmmüəllifi olduğu  Karabağ hikayeleri” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Salihli Bələdiyyəsinin dəvəti ilə  gəldiyini, bu mövzuları özündə əks etdirən konfranslar verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Onlar da öz növbəsində  görüşdən məmnunluqlarını bildiriblər. “Sizləri burda görməkdən məmnun olduq. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanırıq  ki, çox faydalı olacaq”. Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Manisanın, Salihlinin də  yer alacağını bildirib və onları ölkəmizə dəvət edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Manisa, Salihli  arasında əlaqələrin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Manisanın, Salihlinin də  Azərbaycan bölgələri  ilə qardaşlaşması bu baxımdan önəmlidir”. Millət vəkilinin bu təklifi  yüksək səviyyədə dəstəklənib. Millət vəkili Q.Paşayeva Manisa valiliyində və Salihli Kaymakamı ilə görüşdə Manisada, Salihlidə təhsil alan, yaşayan azərbaycanlı gənclərdən də danışıb:” Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk”. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Manisa valisi və Saihli Kaymakamına  özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi, mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları hədiyyə edib.

Advertisements

12.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: