Q.Paşayeva Manisada Türk dünyasına səsləndi: “Bu gün birlik, bərabərlik günüdür”

Q.Paşayeva Manisada Türk dünyasına səsləndi: “Bu gün birlik, bərabərlik günüdür”  

????????????????????????????????????

Manisada 52-cisi keçirilən “Şiir ikindileri”i festivalının açılışında çıxış etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbrin açılışındakı çıxışında Türk dünyası aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, Manisanın mərkəzi parklarından birinə Xocalı, Salihlinin mərkəzi parklarından birinə Qarabağ adının, Manisanın mərkəzi küçələrindən birinə Şuşa, Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsi ilə bağlı təkliflərini hər iki bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. “Şiir ikindileri”i Füstivalının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün bələdiyyə başqanına təşəkkürünürü bildirən millət vəkili Qənirə Paşayeva açılış mərasimindəki çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib. Millət vəkili Qənirə Paşayevanın çıxışından sonra çıxış edən bütün iştirakçılar bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncəylə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq zaman birlik və bərabərlik zamanıdır deyiblər. Millət vəkili Qənirə Paşayeva açılış iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden”, “Karabağ hikayeleri” və digər  kitablarını hədiyyə edib. Festival çərçivəsində millət vəkili Qənirə Paşayeva bir çox tanınmış aydın, yazar, şair, jurnalistlərlə görüşüb, geniş fikir mübasiləsi aparıb və onların suallarını cavablandırıb. Millət vəkili həmçinin Manisa və Salihlinin fəal xanımlarının cəmiyyət və dərnəkləri ilə də görüşüb və geniş fikir mübadiləsi olub.

 

Advertisements

11.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: