Millət vəkili Q.Paşayevanın Manisada Şuşa küçəsi və Xocalı Parkı təklifini bələdiyyə rəhbərliyi dəstəkləyib

Türkiyənin Manisa vilayətində AzərbaycanTürkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfranslar verməyə gedən millət vəkili Qənirə Paşayeva Manisa bələdiyyəsinin rəhbərliyi  ilə görüşüb 

????????????????????????????????????

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Manisanın də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə rəhbərliyi ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Manisanın mərkəzi küçələrdən birinə, mədəniyyət beşiklərimizdən, qədim Şuşanın, mərkəzi parklardan birinə Xocalı adının verilməsi təklifi ilə çıxış edib və təklifinin reallaşacağına inandığını deyib. O,Manisa bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Manisa bələdiyyəsinin rəhbərliyi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Manisa bələdiyyəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Manisa bələdiyyəsinin rəhbərliyi hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər və millət vəkili Qənirə Paşayevanın Manisada Şuşa küçəsi və Xocalı parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərin qısa zamanda reallaşacağını bildiriblər. Bələdiyyə rəhbərliyinə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Manisanın da yer alacağını bildirib və Azərbaycan insanına Manisanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Manisa bələdiyyəsinin rəhbərliyini Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Manisa bələdiyyəsi rəhbərliyi Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Manisada 190 azərbaycanlı tələbənin təhsil aldığını deyən millət vəkili Qənirə Paşayeva onların təmsilçilərinin də görüşə onunla bərabər iştirak etdiyini xüsusi vurğulayaraq tələbələrimizlə bağlı ortaya çıxan məsələlərin həllində Manisa bələdiyyəsinin bundan sonra daha da çox dəstək verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva Manisada Azərbaycanla qardaşlıq körpülərinin daha da güclənməsi üçün çalışan  bəzi QHT-ləri də təqdim edərək onların fəaliyyətlərinin vacibliyin i vurğulayıb və bundan sonra bələdiyyənin də daha da çox dəstəyi ilə geclənəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Manisa bələdiyyə rəhbərliyinə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , “Karabağ  hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. Onlar da millət vəkilinə Manisanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

 

Advertisements

11.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: