Millət vəkili Q.Paşayevaya Türkiyədə Salihlinin Fəxri Vətəndaşı rəsmi sənədi təqdiim olundu

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Qənirə Paşayevaya Türkiyənin Salihli bölgəsinin Fəxri Vətəndaşı adının verilməsi ilə bağlı Salihlidə böyük tədbir keçirilib və mərasimdə bu barədə rəsmi sənəd ona təqdim olunub

SLH_3816Giresun, Karabük və Bolunun Fəxri Vətəndaşı olan millət vəkili Qənirə Paşayeva Salihli ilə artıq qardaş Türkiyənin 4-cü qədim və böyük bölgəsinin də Fəxri Vətəndaşı statusunu alıb. Salihli Bələdiyyə Başçısı Zeki Kayda çıxışında Salihli  bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən səs vermə ilə qəbul edilən qərara hansı partiyanın üzvü olmasından asılı olmayaraq bütün bələddiyyə məclis üzvlərinin dəstək verdiyini və səs birliyi ilə qəbul edirdiyini deyib. Qərara əsasən Qənirə Paşayeva Türk dünyası üçün xidmətləri,  Türk dövlətləri və toplumları ilə aparılan çalışmalarda qatqılarından, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Saihlinin Fəxri Vətəndaşlığına layiq görülüb. Bu münasibətlə Salihlidə Qənirə Paşayeva, Salihli Bələdiyyə başqanı Zeki Kayda, Salihli vilayətinin rəsmiləri, bölgə vətəndaşları və KİV-in iştirakı ilə Şəhər Bələdiyyə Teatrı binasında Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi təşkil olunub. Təqdimat mərasimində çıxış edən Salihli Bələdiyyə Başçısı Zeki Kayda millət vəkili Qənirə Paşayevanın Türk dünyasındakı problemlərə özünü həsr etdiyini deyərək “Türk dünyasının birlik və bərabərliyi üçün Qənirə Paşayeva bütün səylərini sərf edir. Bizim hamımızın hədəfi Türk dünyasını birliyidir, bir araya gətirməkdir. Bu istiqamətdə fəaliyyətindən dolayı millət vəkili Qənirə Paşayeva çox təşəkkür edirəm. Bizim Azərbaycan ilə qardaşlıq bağlarımız və könül birlikdələrimiz heç zaman qopmadı və Azərbaycanın yenidən müstəqilliyini qazanması ilə daha da gücləndi. Könül birliyi, huzur birliyi və səs birliyi ilə Qənirə xanıma Fəxri Vətəndaşlıqla bağlı rəsmi sənədin verilməsində əməyi keçən bütün məclis üzvlərinə təşəkkür edirəm. Millət vəkili Qənirə Paşayeva dünən mənimlə görüşündə Salihlidə Azərbaycan küçəsi və Qarabağ parkının açılmasını istədi. Burada sizin yanınızda bir daha söz verirəm. İnşallah qısa zaman içində Salihlidə Azərbaycan küçəsi də Qarabağ parkı da açılacaq”, dedi. Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili onu “Fəxri vətəndaşlıq” adına layiq görən Salihli Bələdiyyə sədri Zeki Kaydaya və bütün bələdiyyə məclis üzvlərinə və bütün Salihlilərə təşəkkürünü bildirib. “Mənə bu duyğuları hiss etdirən insanlar sizlərsiniz. Salihlinin Fəxri Vətəndaşı seçilməyim mənim üçün şərəf, böyük bir xoşbəxtlikdir. Türk dövlət və toplumlarının birliyi, bərabərliyi üçün hamımız əlimizdən gələni etməliyik. Əl-ələ verib, var gücümüzlə çalışma zamanıdır. Salihli Türk tariximizin çox önəmli bir parçasıdır. Bizim hər zaman sevgiylə andığımız gözəl bir bölgəmizdir. Salihlinin Fəxri Vətəndaşı olmaq qürurverici bir görəvdir və bu görəvin haqqını layiqincə verməyi Allah mənə nəsib etsin. Özümü hər zaman Salihlili kimi də hiss etdim, artıq bir missiyam da var. Salihlinin də tanıdılması üçün əlimdən gələni edəcəyəm”,- deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, bundan sonra da Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib. O,  qardaş Türkiyənin 20 qədim və önəmli bölgəsini özündə əks etdirən və gənclərimizin ortaq tariximizi, mədəniyyətimizi yaxından öyrənməsinə kömək edəcək “Qənirə Paşayeva ilə addım-addım Türkiyə ” kitabının yaxın zamanlarda Bakıda təqdimatının və tanıdılmasının keçiriləcəyini deyib və tədbir iştirakçılarını Azərbaycana dəvət edib. Qənirə Paşayeva hazırda Azərbaycan və Türkiyə arasında mövcud olan qırılmaz əlaqələrdən də bəhs edib. “Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Biz ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətik. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin gücü bizim gücümüz bizim gücümüz Türkiyənin gücüdür sözləri hər iki qardaş ölkədə gənclərimiz üçün böyük örnəkdir. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər.” Azərbaycan-Türkiyə münasibətləri, bölgədə son zamanlar daha da gərginləşən münasibətlər fonunda birliyimizi daha da gücləndirmənin önəmi barədə geniş çıxış edən millət vəkili Qənirə Paşayeva “mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək və o gözəl bölgələrimizdən birində Salihli ilə qardaş bölgə sənədi imzalansın, tədbirlər, bayramlar keçirilsin”, – deyib. Sonda ona bu adı layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva, “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Salihli, qardaş Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün istər millət vəkili , istər pedaqoq, istərsə də Türk dünyasına dair kitabların müəllifi kimi əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb. Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Salihlinin Fəxri Vətəndaşlığı statusunun rəsmi sənədləri təqdim olunub. Öz növbəsində  Azərbaycan və Türkiyə bayrağını birlikdə Salihli bələdiyyə başqanına hədiyyə edən millət vəkili Qənirə Paşayeva birliyimiz inşallah əbədiyyən sürəcək dyib.  Qənirə Paşayeva bələdiyyyə başqanına eynu zamanda həmmüəllifi olduğu kitabları, Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

 

Advertisements

10.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: