Millət vəkili Q.Paşayeva  Manisa Universitetində Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş konfrans verib

“Ermeni meselesinin dünü, bugünü ve yarını” adlı konfrans verən millət vəkili Qənirə Paşayeva müəllim və tələbələr qarşısında  Qarabağ münaqişəsi,  Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb 

????????????????????????????????????

Müəllimlərin, tələbələrin, bölgə rəsmilərinin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik və mən onları sizinlə də paylaşacam. Qoy gənclərimiz həqiqətləri daha geniş bilsinlər. O səbəbdən də bunu biz özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib.  Bu gün Beynəlxalq İnsan Haqları Günüdür. Bəs haradadır o beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan qurumların Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı açıqlamaları? Nədən Ermənistanın 1 milyon azərbaycanlının insan haqlarıni 20 ildən artıqdır ki, pozaraq onların öz evlərinə dönməsinə imkan vermədiyinə etiraz edən bir açıqlanalarını eşitmirik? Nədən işğalçıya qarşı etiraz səslərini ucaltmırlar? Nədən 1 milyon azərbaycanlının pozulan haqlarına bu qədər biganə yanaşırlar? Məncə bu sualların əsl cavablarını gənclərimizin artıq geniş bilməsi və bu barədə düşünməsi lazımdır deyən millət vəkili Qənirə Paşayeva 2-li standartlar barədə geniş çıxış edib. Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı  tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”  Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. Qondarma erməni soyqırımı iddialarının yalan olması barədə faktlarla geniş çıxış edən millət vəkili Qənirə Paşayeva erməni diaspor, lobbisi və Ermənistanın bu yalanlarla bütün dünyada Türkiyə və Türk millətinin əlehinə apardığı kampaniyadan, bəzi güclərin və dövlətlərin isə öz mzrzqları üçün bu məsələdən necə istifadə etməsi barədə geniş bilgilər verib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə də harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.. “Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Millət vəkili Qənirə Paşayeva getdikcə daha da gərginşləşən bölgəmiz üzərində oynanan böyük oyunlar barədə də geniş çıxış edib və gəncləri diqqətli olmağa çağırıb.  Tədbirin sonunda bir sıra müəllim və tələbələrə millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, həmmüəllifi olduğu “Hocalı Soykırımı:Tanıkların dilinden” kitablarını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb.Universitet rəhbərliyi millət vəkili Qənirə Paşayevaya dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkür plaketi təqdim edib. Millət vəkilini yaxın zamanlarda yenidən universitetə dəvət edən ali təhsil olcağı rəhbərliyinə Q.Paşayeva Azərbaycanla bağlı, Xocalı Soyrıımı ilə bağlı konfrans verəcəyinə söz verib və Universitetin kitabxanasıa Azərbaycanla bağlı çoxlu kitablar hədiyyə edib.

 

Advertisements

10.12.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: