Millət vəkili Q. Paşayevanın Kahramanmaraş valisi Mustafa Hakan Güvencerlə görüşdə Kahramanmaraşın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması təklifini vali dəstəkləyib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kahramanmaraşa səfəri zamanı Kahramanmaraş valisi Mustafa Hakan Güvencerlə görüşüb.

12299128_784216998357008_6818915265247854886_n“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”- deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva Kahramanmaraş valisi Mustafa Hakan Güvencerə həmmüəllifi olduğu Karabağ hikayeleri” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Kahramanmaraşa Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə gəldiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Kahramanmaraş valisi Mustafa Hakan Güvencer öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Kahramanmaraşa da yer alacağını bildirib və onu ölkəmizə dəvət edib. Kahramanmaraş valisi Mustafa Hakan Güvencer Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Kahramanmaraş arasında əlaqələrinin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Kahramanmaraşın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir”. Millət vəkilinin bu təklifi vali tərəfindən yüksək səviyyədə dəstəklənib və o da bu istiqamətdə əlindən gələn dəstəyi göstərəcəyini deyib. Millət vəkili Q.Paşayeva vali ilə görüşündə Kahramanmaraşda təhsil alan azərbaycanlı gənclərdən də danışıb:” Burada Sütçü İmam Universitetində xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk”. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kahramanmaraş valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları hədiyyə edib. Kahramanmaraş valisi də millət vəkili Qənirə Paşayeva Kahramanmaraşla bağlı materiallar, kitablar hədiyyə edib. Görüşdə iştirak edən yazar Təranə Vahid və QHT rəhbəri S.İsmayılova da öz fikirlərini bölüşüblər.

Advertisements

30.11.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: