Millət vəkili Q.Paşayevanın Kahramanmaraş Universitetində Azərbaycanla bağlı tədbirlərin artması təklifini rektor dəstəklyib

Millət vəkili, Dr. Qənirə Paşayeva Kahramanmaraş Sütçü İmam Universiteti rektoru Prof. Dr. Durmuş Deveci və universitetdə təhsil alan gənclərlə görüşündə qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib

????????????????????????????????????

Millət vəkilini Kahramanmaraşda salamlamaqdan məmnunluğunu ifadə edən Universitetin rektoru prof. Dr. Durmuş Deveci qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Kahramanmaraş Sütçü İmam Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Kahramanmaraş Sütçü İmam Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Kahramanmaraş Sütçü İmam Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Kahramanmaraş Sütçü İmam Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Kahramanmaraş Sütçü İmam Universiteti rektoru Prof. Dr. Durmuş Deveciyə və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib. Kahramanmaraş Sütçü İmam Universiteti rektoru Prof. Dr. Durmuş Deveci dəvəti məmnuniyyətlə qəbul edib və rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva həmçinin Kahramanmaraş Sütçü İmam Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Qənirə Paşayeva Universitetin gəncləri ilə geniş görüşündə isə bildirib ki, ermənilər və onların havadarları qondarma erməni soyqırımı yalanları ilə, həm də Ermənistanın Qarabağda, Xocalıda törətdiyi soyqırımı, vəhşilikləri ört-basdır etmək istəyir və buna imkan verməməliyik. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və onları sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə çağırıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tələbələrə “Karabağ hikayeleri”ni hədiyyə edib.

Advertisements

30.11.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: