Millət vəkili Qənirə Paşayevanın Kahramanmaraşda Qarabağ Parkı və Xocalı abidəsi təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç ilə görüşüb.

????????????????????????????????????

Görüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Kahramanmaraşı Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kahramanmaraşın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Kahramanmaraş bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Kahramanmaraş bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Kahramanmaraşda Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissəsələrində Karhamanmaraşın da yer alacağını bildirib və Azərbaycan insanına Kahramanmaraşı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kahramanmaraş bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoça həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən materiallar hədiyyə edib. O da millət vəkilinə Kahramanmaraş tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə iştirak edən yazarlar Təranə Vahid, İmdad Avşar, QHT rəhbəri Sürəyya İsmayılova, Türkiyə tərəfindən Hamit Özpolat da fikir ve düşüncələrini bölüşüblər. Görüşdə Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbələrin təmsilçilərindən Tural Şahbazlı də iştirak edib və millət vəkili bələdiyyə sədrinə azərbaycanlı gənclərə dəstəyə görə təşəkkürünü bildirərək bu dəstəyin bundan sonra daha da artacağına inandığını deyib.

Advertisements

30.11.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: