Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Tovuzda 20-dən artıq sakini əməliyyat 150 nəfərə yaxını müayinə edib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası  Tovuz rayonunda olub və göz xəstəliyindən əziyyət çəkən sakinlərin müayinəsi və əməliyyatını həyata keçirib.

????????????????????????????????????

Səyyar həkim briqadası tərəfindən aparılan iki günlük aksiya zamanı 20-dən artıq sakin əməliyyat olunub, 150-dən çoxu müayinə edilib və onlara məsləhət və tövsiyyələr verilib. Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib. Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib.  Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva  onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına bir millət vəkili kimi öz adından və sakinlər adından təşəkkürünü bildirib. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyət barədə danışan millət vəkili Qənirə Paşayeva  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi rəhbərliyinin yaxın aylarda Tovuzda təkrar belə bir aksiyaya ehtiyac olması barədə onun bir millət vəkili olaraq sakinlər adından müraciətinə dəstək verdiklərini deyib və həmin zaman yenə ən azı 20-dən çox sakinin əməliyyat və 200-ə yaxının müayinəsinin aparılacağını deyərək Mərkəzə təşəkkürünü bildirib.  Millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib,onların qayğıları maraqlanıb.  

Advertisements

27.10.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: