Millət vəkili Q.Paşayeva Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhmədlə Azərbaycan həqiqətlərindən danışıb

Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhməd ilə görüşüb.

11222047_765178463594195_5499117092147851024_o Onu və xanımını Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva görüş zamanı Faruk Əhməd və xanımına Azərbaycanla bağlı, görülən işlərlərlə bağlı geniş danışıb və Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib: “Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Faruk Əhməd Azərbaycanı çox sevdiyini, gözəl görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini xüsusi vurğulayaraq münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artıracağıq deyib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhməd bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Azərbaycana, mədəniyyətinizə, musiqinizə, mətbəxinizə, ən əsası mehriban insanlarınıza və gözəl şəhərinizə heyran qaldım deyən Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhməd və xanımı millət vəkili Q.Paşayevanın “Uzaqdakı ən yaxın- Pakistan” kitabının Pakistanı Azərbaycanda daha geniş və yüksək səviyyədə tanıtmaqda böyük rol oynadığını da vurğulayaraq sizə ölkəmiz və xalqımız adından təşəkkürümüzü bildiririk deyib və kitabda onunla görüşün də öz əksini tapmasından çox məmun olduğunu bildirib. Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün hər birimiz hər zaman əlimizdən gələn etməliyik deyən millət vəkili Qənirə Paşayeva Bakıdan İslamabada açılan birbaşa təyyarə reysinin əlaqələrimizin inkişafına, insanlarımız arasında gediş-gəlişin artacağına müsbət töhvə verəcəyini bildirib. Birbaşa təyyarə reysi insanlarımız arasında qarşılıqlı gediş-gəliş, turizm və ticarət əlaqələrinə də özünün müsbət təsirini göstərəcək deyən millət vəkili Q.Paşayeva yaxın günlərdə rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən Faruk Əhməd əsərlərindən birinin Azərbaycanda nəşr ediləcəyi məlumatını da ona çatdrıb. Azərbaycanda özümüzü öz evimizdəki kimi hiss edirik deyən Faruk Əhməd təşəkkürünü bildirib.

Advertisements

10.10.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: