Millət vəkili Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) üzvləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) üzvləri ilə görüşdə  Azərbaycan həqiqətlərindən danışıb.

20151008_112540_resizedAzərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatının (“HOMS”) dəvəti ilə təşkilatın toplantısında iştirak və çıxış edən millət vəkili  Qənirə  Paşayeva quruma yeni rəhbərliyə gələn Pakistanın ölkəmizdəki səfiri X.Osman Qayserin xanımı Asima Qayseri təbrik edib. Xanım Asima Qayser millət vəkili Qənirə Paşayeva təşəkkür edərək təşkilatın özəl hədiyyəsini təqdim edib və bundan sonra da hər zaman təşkilatla əməkdaşlıq edəcəyini və  dəstəyini əsirgəməyəcəyinə inandığını deyib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatının (“HOMS”) hər il keçirdiyi xeyriyyə yarmarkası, İçərişəhərdə 30-dan artıq ölkə nümayəndəsinin iştirak etdyi, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı, həmçinin milli musiqi və rəqslər nümayiş olunduğu tədbirlərin, xeyriyyə tədbirlərinin gözəl addım olduğunu bildirib və xanımlara bu istiqamətdə fəaliyyətlərində  uğurlar  arzulayıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi yol, əldə etdiyi nailiyyətlər, Azərbaycan qadınlarının cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu gün multukulturalizm sahəsində dünyanın bir çox ölkələrinə gözəl örnək olduğunu deyib. Azərbaycanda müxtəlif  xalqların və dini icmaların təmsilçilərinin hər zaman mehriban yaşadığını deyən millət vəkili  Qənirə Paşayeva  ölkə rəhbərliyinin yeritdiyi siyasətdə bu məsələyə hər zaman böyük önəm verildiyini xüsusi vurğulayıb. Millət vəkili təşkilatın bölgələrdə məktəblilərin, böyüyən gənclərin müxtəlif ölkələri, onların mədəniyyətini daha yaxşı bilməsi üçün tədbirlərin, görüşlərin və onlara, məktəblərə, kitabxanalara ölkələrlə bağlı kitabların, materialların, filmlərin hədiyyə edilməsinin önəmindən danışıb və təkliflə çıxış edib. O, təmsil etdiyi Tovuz rayonuna xanımları dəvət edərək orada bu cür görüşlərin gənclər üçün önəmindən danışıb. Millət vəkilinin təklifləri səfir xanımları tərəfindən müsbət qiyməntləndirilib. Q.Paşayeva tədbir çərçivəsndə bir sıra ölkələrin səfir xanımları ilə geniş müzakirələr də aparıb. 

 

Advertisements

09.10.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: