Millət vəkili Qənirə Paşayeva MM-də büdcə müzakirələrində 1-ci qrup əlillərin övladlarının təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib

Millət vəkili 1-ci qrup əlillərin övladlarının ali təhsil müəssisələrində ödənişli haqlardan azad edilməsini təklif edib:

Qənirə Paşayeva“1-ci qrup əlillərin bir hissəsi ağır xəstədirlər və tamamilə özlərinə qulluq edə bilmirlər. Və həmin ailələrdə həyat yoldaşı məhz buna görə işə gedə bilmir, işləyə bilmir. Çünki həyat yoldaşına baxmalıdır. Buna görə də ailəyə daxil olan gəlir əksər hallarda 1-ci qrup əlilin əlilliyə görə aldığı pensiyadan ibarət olur ki, bununla da bir ailənin yaşaması, əlillin dərman ehtiyacları zorla ödənilir. Belə ailələrdə böyüyən uşaqların ali təhsil ala bilməsinə dəstək göstərmək üçün onları ödənişli təhsili qazandıqları halda ödənişdən azad etmək lazımdır. Çünki belə ailələrin demək olar ki, uşaqlarını oxuda bilməsi onsuz da asan deyil, ödənişlə isə demək olar ki, mümkünsüzdü. O səbəbdən də dövlətimiz 1-ci qrup əlillərin övladlarına bu cür güzəşt etməklə onların təhsil ala bilməsi stimullaşdıra bilərdi”. Millət vəkili iclasda iştirak edən maliyyə naziri Samir Şərifovdan bu məsələlərin hökumət qurumları tərəfindən baxılmasını xahiş edib. Nazir isə bu məsələnin araşdırılacağını söyləyib. Millət vəkili Qənirə Paşayeva həmçinin 1-ci qrup əlillərə ailədə qulluq edən şəxsə müəyyən qədər vəsait ayrılması məsələsinə də yaxın zamanlarda baxılmasının çox vacib olduğunu diqqətə çatdırıb və ailələrin bununla bağlı müraciətlərindən danışıb.

Advertisements

07.10.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: