Millət vəkili Q.Paşayeva MM-də “Reproduktiv sağlamlıq”, “İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi” və autizmlə bağlı qanunların qəbulu təklifi ilə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də “Reproduktiv sağlamlıq”, “İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi”  və autizmlə bağlı qanunların qəbulu təklifi ilə çıxış edib.

Qənirə PaşayevaMillət vəkili Qənirə Paşayeva Parlamentin bugünki iclasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. Millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: “Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələr layihədən çıxarılıb və ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda  müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir”. Millət vəkili Q.Paşayeva bildirib ki, reproduktiv sağlamlıq haqqında qanun layihəsi MM-in Sosial siyasət komitəsində hazırdı və onun komitə səviyyəsində müzakirələri zamanı 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsi öz əksini tapıb ki, bu istiqamətdə problemi olan yüzlərlə ailə bu addımı yüksək qiymətləndirir və parlamentdən bu məsələnin qısa zamanda qəbul edilməsi xahişi ilə müraciət edirlər. Bu baxımdan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin yaxın zamanlarda qəbulu çox vacib və əhəmiyyətlidir.

Millət vəkili Qənirə Paşayeva Parlamentdə həmçinin autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili qanun və dövlət proqramının qəbul olunmasına çağırıb.  Xəstəliklə bağlı məlumat verən millət vəkili Qənirə Paşayeva autizmli xəstələrlə məşğul olan təşkilatların millət vəkillərinə müraciət göndərdiyini qeyd edərək, Parlamentin bu xəstələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib. Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən millət vəkili Qənirə Paşayeva  qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər, bu istiqamətdə ciddi bir proqram və güclü maarifləndirmə işlərinə ehtiyac var deyib:” Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət məhz bu cür insanlara dəstəyi nəzərdə tutur. Ona görə də inanıram ki, yaxın günlərdə autizmli xəstələrə dövlət dəstəyini özündə ehtiva edən məsələlər qanunvericilikdə və proqram şəklində öz həllini tapacaq və parlamentimizi yaxın zamanlarda bu məsələyə baxmağa çağırıram.”

Millət vəkili Qənirə Paşayeva parlamentdə  ictimai yerlərdə siqaretdən istifadəni qadağan edən qanun layihəsinin müzakirələrə çıxarılmasının vacibliyi məsələsini də qaldırıb deyib. Dünyanın əksər ölkələrində bununla bağlı qanunun olduğunu deyən millət vəkili Q.Paşayeva “İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsinin sosial siyasət komitəsində hazır olduğunu deyərək yaxın zamanlarda onun Milli Məclisin müzakirəsinə çıxarmağı təklif edib.  Bu qanunun qəbulunun vacibliyi ilə bağlı özünün, özəlliklə mütəxəssislərin fikirlərini səsləndirəm millət vəkili Q.Paşayeva  insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı deyib

 

 

 

Advertisements

30.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: