Millət vəkili Q.Paşayeva MM-də anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də anadangəlmə eşitmə qüsuru olan uşaqların eşitmə qabiliyyətinin bərpası üçün əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib.

Qənirə Paşayeva Bir çox ailələrin  bu məsələdə övladlarına  kömək  edilməsi xahişi ilə müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva əməliyyatın baha olması səbəbindən ailələrin çoxunun buna imkanı çatmadığını və dövlətdən dəstək istədiklərini bildirib. Hər il ölkəmizdə dünyaya  gələn uşaqlar arasında onlarla  eşitmə qabiliyyəti qüsurlu balalarımız var və mən Sosial siyasət komisiyasının sədr müavini M.Quliyevin də bu istiqamətdə təkliflərini dəstəkləyərək bildirmək istəyirəm ki, biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq deyib. Eşitmə qabiliyyəti olmayan uşaqlar sonra danışa da bilmirlər, ona görə də bu əməliyyatı kiçik yaşlarda həyata keçirmək lazımdır ki, tam müsbət nəticə alına bilsin, uşaqlar eşidib-danışa bilsinlər deyən millət vəkili Q. Paşayeva bildirib ki, dövlət zamanında dəstək göstərməklə bu insanları əlilə çevrilməkdən xilas edə bilər.  Əgər zamanında yardım edilməzsə, o insanlar əlilə çevrilir və hər ay dövlətdən əlilliyə görə pensiya alır deyən millət vəkili Q. Paşayeva bildirib ki,  onlara gələcəkdə əlillik üçün ayrılacaq vəsaiti kiçik yaşlarda əməliyyat üçün ayrılarsa, həm insanımızı xilas edə bilərik, həm də dövlətin üzərinə gələcəkdə bu istiqamətdə düşəcək problemləri tamamilə azaltmış olarıq. Millət vəkili Q.Paşayeva bu əməliyyatın edilməsində ailələrin çox çətinlik çəkdiyini bildirərək dövlət  tərəfindən dəstək göstəriləcəyi təqdirdə ölkəmizdə bunu həyata keçirəcək mütəxəssislərin olduğunu da xüsusi vurğulayıb.  Millət vəkili Milli Məclisdə bu istiqamətdə qanun layihəsinin hazırlanıb qəbul olunmasının və ya mövcud qanunvericiliyə müəyyən əlavə və düzəlişlər edilməklə bu məsələnin öz həllini tapmasının vacibliyinə toxunaraq təkliflərlə çıxış edib.

 

Advertisements

30.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: