Pakistan səfiri X. O.Qeyser və millət vəkili Q.Paşayeva Qurban bayramını ön cəbhə kəndlərində qeyd ediblər

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Osman Qeysər Tovuz rayonuna səfər edib

????????????????????????????????????

Səfir ilk öncə rayon icra hakimiyyəti başçısı T. Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə rayonda  Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin ruhlarına dualar oxunub və səfirə rayonun qəhrəman şəhidləri barədə geniş məlumatlar verilib. Sonra səfir millət vəkili Qənirə Paşayeva ilə birlikdə rayonun Ermənistanla sərhəddə yerləşən ön cəbhə kəndləri Ağdam, Əlibəyli və Hacallını ziyarət edib, sakinləri təbrik ediblər. Burada kənd sakinləri və millət vəkili Qənirə Paşayeva Ermənistanın törətdiyi vandalizm aktları barədə geniş məlumatlar veriblər və bildiriblər ki, Azərbaycan ordusu bu gün ön cəbhə kəndlərini yüksək səviyyədə qoruyur və düşmənin bütün təxribatlarına layiqli cavablar verilir. Ağdan kəndində səfirə Ermənistan silahlılarının qeyri-insanı hərəkətləri,  insanların snayperlərlə hədəfə alınaraq neçə illərdir kənd qəbirstanlığını ziyarət etmələrinə imkan verməmələri, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri yandıraraq məhv etmələri barədə, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib. Bildirilib ki, köhnə qəbiristanlıqda qalan “Alı Dədə” ziyarətgahına belə getmək mümkün deyil və Ermənistan silahlı qüvvələri dəfələrlə qəbiristanlığı yandırıb və orada yerləşən tarixi-dini abidələrə ciddi zərər vurublar. Pakistan səfiri daha sonra rayon icra hakimiyyəti başçısı T.Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə Tovuzun  girişində  yerləşən  “Qala” abidə kompleksini zyrarət ediblər. Qonaqlara Azərbaycan tarixini özündə əks etdirən xəritələr göstərilərək  Azərbaycanın tarıxı, Tovuzda yerləşən qədim abidələri barədə geniş məlumatlar verilib. Jurnalistlərin suallarını cavablandıran Xalid Osman Qeysər ailə üzvləri ilə birgə Tovuza ilk səfərindən məmnun olduğunu bildirib. Səfir deyib: “Mən bu gün ön cəbhə xəttinə də oldum. Oradakı vəziyyətlə yerində tanış oldum. Regionla bağlı çox geniş məlumat əldə etdim. Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir  və Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün bu günə qədər Ermənistanla heç bir diplomatik münasibətlər qurmur. Pakistanın qardaş, dost Azərbaycana bu istiqamətdə beynəlxalq təşkilatlarda da dəstəyi bundan sonra da hər zaman davam edəcək”. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini vurğulayan Xalid Osman Qeysər, eyni zamanda, ölkəsinə Kəşmir məsələsində göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib. Səfir  Tovuzda  yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Pakistan -Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, bütün bu münasibətlərin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirmişdir.  Ön cəbhədə jurnalistlərin suallarını cavablandıram millət vəkili Q.Paşayeva da dost Pakistanın bütün beynəlxalq platformalarda Azərbaycana yüksək dəstəyi, Azərbaycan-Pakistan münasibətlərinin bütün istiqamətlərdə inkişafı barədə danışaraq Azərbaycan həqiqətlərinin Pakistan cəmiyyətinə daha da geniş çatdırılması istiqamətdə görülən işlər barədə də məlumatlar verib. Pakistan səfiri rayon ərazisində ilk yaşayış məskəni olan qədim “Göytəpə” yaşayış məskəni ilə də tanış olmuşdur. Səfirə məlumat verilmişdir ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. “Göytəpə” yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu  da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.

Advertisements

26.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: