Azərbaycanca-Gürcücə lüğəti Gürcüstanda təqdim olundu və millət vəkili Qənirə Paşayeva 2 min lüğətin hədiyyə olunacağını dedi

Gürcüstanda millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimat və imzalanması olub.

????????????????????????????????????

Marneulidə Azərbaycan- Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Azərbaycan Parlamentinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib.  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov  tədbiri  açdıqdan sonra sözü millət vəkili Q.Paşayevaya verib. “Gürcü xalqı ilə bizi tariximiz, mədəniyyətimiz, qonşuluq əlaqələri, çoxəsrlik dostluq telləri bağlayır” deyən millət vəkili Q.Paşayeva Azərbaycan xalqının  ümumimilli lideri H.Əliyevin və onun siyasətinin  davamçısı, Azərbaycan Prezidenti İlham  Əliyevin  hər zaman Gürcüstanla münasibətlərin inkişafına,  Gürcüstan vətəndaşı olan soydaşlarımıza hər zaman xüsusi diqqət göstərdiyini, ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata  keçirilən önəmli layihələrlə bağlı məlumat verib və bildirib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar iki dost ölkəni bir-birinə daha da möhkəm bağlayır. Bu gün Gürcüstana ən böyük sərmayə qoyan ölkənin Azərbaycan olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bu ölkənin vətəndaşı olan soydaşlarımız üçün hazırlanan önəmli layihə barədə də geniş danışıb.    O ,bu günlərdə müəllifi əslən Bolnisidən,Gürcüstandan olan Əli Xəlillinin hazırladığı  “Azərbaycanca-gürcücə lüğət” kitabını tədbir iştirakçılarına təqdim edib və rəhbərlik etdiyi  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşəbbüsü,  təşkilatçılığı  və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və “SOCAR Energy Georgia MMC”nin dəstəyi ilə nəşr olunan kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Millət vəkili bildirib ki,  bu sözlük Gürcüstanda yaşayan soydaşlarımız üçün gürcü dilini daha yaxşı mənimsəməsində   əhəmiyyətli mənbədir. Onun sözlərinə görə, bu kitabın ən önəmli cəhəti və  əhəmiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilməsi üçün belə bir nəşrdən faydalanması olacaq. Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, sözügedən nəşrin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məktəblərə, kitabxanalara, digər elm və təhsil müəssisələrinə pulsuz hədiyyə edilir .  “Düşünürəm ki, hər kəs özəlliklə də gənclər bu nəşrdən faydalanacaq. Eyni zamanda Azərbaycanda gürcü dilini öyrənmək istəyənlər və Gürcüstanda  Azərbaycan dilini öyrənmək istəyənlər, gürcü dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən gürcücəyə tərcümə işi ilə məşğul olanlar  üçün  vacibdir.  Ona görə də nəşr Azərbaycan və Gürcüstanın ali təhsil ocaqlarına, tərcümə mərkəzlərinə, kitabxanalarına, KİV-lərinə hədiyyə ediləcək. Nəşr həmçinin iki ölkənin parlament və hökumət qurumlarının nümayəndələrinə də təqdim ediləcək, daha geniş auditoriyaya təqdim edilməsi üçün nəşrin elektron forması  kitabxanalara göndəriləcək.

  Görüşdə çıxış edən Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili gürcü və Azərbaycan xalqlarının bir ağacın eyni kökü olduğunu bildirib: “Biz eyni ağacların kökləriyik. Biz bu kökləri ayırmamalıyıq. Biz əlaqələrimizi və qarşılıqlı münasibətlərimizi daha da genişləndirməliyik. Bütün dünya bizim bu əməkdaşlıq və sıx dostluq münasibətlərimizi görməli və nümunə götürməlidir. Biz gələcəkdə də dostluğumuzun möhkəmlənməsi üçün daha çox çalışmalıyıq”.

    Qubernator görüşdə təqdimatı keçirilən “Azərbaycanca-gürcücə lüğət” kitabının nəşrinə də münasibət bildirib: “Bu kitab üçün biz müəllifə, millət vəkili Qənirə Paşayevaya və dəstək göstərən hər kəsə təşəkkürümüzü bildiririk. Bizim regionda azərbaycanlılar daha çoxdur. Bu kitabın təməli böyükdür və daşdan da möhkəmdir. Düşünürəm ki, bizim əlaqələrimiz yalnız kitabla yox, daha da möhkəm və mənalı əlaqələrlə möhkəmlənəcək”. Görüşdə Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili tezliklə Marneulidə yeni kitabxananın tikintisinin başa çatacağını bildirib və  qeyd edib ki,  kitabxanada Qənirə Paşayevanın kitabları da yer tutacaq. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev  Tovuz və Dmanisi rayonlarının qardaşlaşmış rayonlar olduğunu qeyd edib: “Mən bir parlament deputatı kimi məsuliyyətlə deyirəm ki, bu gün Gürcüstan-Azərbaycan münasibətləri həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə ən yüksək səviyyədədir. Bizim möhkəm dostluğumuzu heç kim sarsıda bilməz”. Deputat Mahir Dərziyev görüşdə azərbaycanlıları narahat edən problemlərdən də danışıb: “Biz azərbaycanlıları narahat edən problemlərdən də danışmalıyıq. Biz qətiyyətlə bu problemləri aradan qaldıra bilərik. Bu gün ən böyük problem azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya problemidir. Bu inteqrasiya həm də təhsildən keçir. Biz təhsil məsələlərində Azərbaycan dövlətinin yardımına, dəstəyinə ümid bəsləyirik”. M. Dərziyev “Azərbaycanca-gürcücə lüğət” kitabının azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesinə kömək olacağını da bildirib.

Tədbirin sonunda çoxlu sayda “Azərbaycanca-gürcücə lüğət” kitabı tədbir iştirakçılarına və müxtəlif bölgələrdən gəlmiş iştirakçılara təqdim edilib.

 Görüşdən sonra həmçinin Qənirə Paşayevanın yeni “Sağlamlığın öz əlində…” adlı kitabı da daxil olmaqla müəllifi olduğu kitablarıntəqdimatı və imzalanması da baş tutub. Müəllif  kitablarını öz imzası ilə oxuculara və tədbir iştirakçılarına hədiyyə edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Kvemo Kartli bölgə qubernatorunun müavinləri, Marneuli rayon bələdiyyəsinin sədri, ziyalılar, jurnalistlər, gənclər, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. 

 

Advertisements

21.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: