Millət vəkili Q.Paşayeva Tovuzda yeni dərs ili münasibəti ilə məktəblilər üçün “Gələcəyiniz öz əlinizdə” adlı tədbir keçirib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuzun böyük kəndlərindən olan Bozalqanlıda uşaqlar, gənclər üçün ” Gələcəyiniz öz əlinizdə!” ” adlı tədbir keçirib

????????????????????????????????????

Bir sıra müəllim və kənd ziyalıları bu cür tədbirlərin əhəmiyyətinə toxunaraq belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Bozalqanlı məktəbinin rayonun və ölkəmizin ən yaxşı məktəblərindən biri olduğunu, bu məktəbin yüzlərlə gözəl ziyalı yetişdirdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.Q.Paşayeva hər bir gəncimizi eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb.Millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablar hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət edib.Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün insanlarımızın tibbi maariflən(diril)məsi işinin genişləndirilməsi ən vacib məsələlərdən biridir və bununla biz cəmiyyətimizdə bir sıra xəstəliklərlədaha təsirli mübarizə apara və onları mümkün olduğu qədər azalda bilərik: “Bəzi xəstəliklər  bizi artıq “SOS!” siqnalı çalmağa məcbur edir. Bölgələrimizdə, kəndlərimizdə insanlarla görüşlər və az qala hər gün aldığım çoxsaylı məktublar əsasında deyə bilərəm ki, əhalinin tibbi maariflən(diril)məsi işinin qısa zamanda sürətlə genişləndirilməsi indi ən vacib məsələlərdən (vəzifələrdən!) biridir. Bu işi siz əziz məktəblilərdən başlayaraq və sonra sizin də dəstəyinizlə kəndlərimizdə daha da genişləndirməliyik” Millət vəkili hər bir gəncə yeni çapdan çıxmış “Sağlamlığın öz əlində…” kitabını, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəllifi olduğu kitabı və Azərbaycan tarixinə aid müxtəlif əsərləri hədiyyə edib.

Advertisements

17.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: