Millət vəkili Q.Paşayeva Tovuz rayonundan bu il ali məktəbə daxil olmuş tələbələrlə görüşüb

Tovuzda bu il yüksək balla ali məktəblərə qəbul olunmuş Tovuzlu tələbələrlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açılış çıxışında tələbə adını qazanmış bütün gəncləri təbrik edərək onlara uğurlar arzulayıb

DSC_0166Rayonda təhsil sahəsində görülən işlərdən danışan rayon icra hakimiyyətinin başçısı bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. 500-dən çox bal toplayaraq tələbə adına qazanan tələbələrin iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən və Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirdi. Bu il orta məktəbi bitirərək ali məktəbə sənəd verən gənclərdən 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplamaqla cəmi 424 nəfərinin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb. “Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.”  Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi.  Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib. Tədbirdə rayon ictimaiyyətinin fəalları da iştirak edirdi.

 

 

 

 

 

Advertisements

14.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: