Millət vəkili Q.Paşayeva Pakistanlı senator N.Sadıqla bu ölkədə Qarabağ küçə və parkının açılışını müzakirə edib

Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq ilə görüşüb

20150904_115508_resizedOnu Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva görüş zamanı senatora Azərbaycanla bağlı, Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlərlə bağlı, qaçqın və məcburu kökün qadınlarımızla bağlı geniş  danışıb.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı Pakistan Parlamentinin senatoru Nuzhat Sadiqa təşəkkürünü bildrib. “Pakistan Senatı  Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiqa  Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var.  Millət vəkili öz təklifini də səsləndirib. Nuzhat Sadıqın təmsil etdiyi Pakistanın ən böyük əyaləti olan Pəncab və onun paytaxtı Lahorda Qarabağ adına küçənin və parkın olmasının vacibliyindən danışıb və bu təklifin yaxın zamanlarda reallaşacağına inandığını da vurğulayıb. Azərbaycana ilk dəfə gəldiyini deyən senator Nuzhat Sadıq Azərbaycanda yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini xüsusi vurğulayaraq münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq və millət vəkilinin Pakistanda Qarabağ küçəsi və parkı təklifinin önəmini vurğulayaraq onun reallaşması üçün  ölkəsinə qayıdan kimi rəsmi məqamlarla müzakirə edib həll olunmasına çalışacağını deyib. Azərbaycana,mədəniyyətinizə, musiqinizə, mətbəxinizə, ən əsası mehriban insanlarınıza və gözəl şəhərinizə heyran qaldım deyən Nuzhat Sadıqa Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Qarabağ həqiqətləri ilə bağlı kitab və materiallar və özünün müəllifi olduğu “Uzaqdakı ən yaxın- Pakistan” kitabını hədiyyə edib.  Nuzhat Sadıq bu kitabın Pakistanı Azərbaycanda daha geniş və yüksək səviyyədə tanıtmaqda böyük rol oynadığını deyərək millət vəkili Qənirə Paşayevaya ölkəmiz və xalqımız adından təşəkkürümüzü bildiririk deyib və kitabda onunla görüş, müzakirələrin, Qarabağ məsələsi ilə bağlı mövqeyinin də öz əksini tapmasından çox məmun olduğunu bildirib.Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün hər birimiz hər zaman əlimizdən gələn etməliyik deyən millət vəkili Qənirə Paşayeva yaxın günlərdə Bakıdan İslamabada açılacaq təyyarə reysinin də əlaqələrimizin inkişafına, insanlarımız arasında gediş-gəlişin artacağına müsbət töhvə verəcəyini bildirib.  Senator Nuzhat Sadıq millət vəkili Qənirə Paşayevanı Pakistana dəvət edib. Millət vəkili isə inşallah Qarabağ küçə və parkının açılışına gəlmək istəyərik deyərək təklifinin reallaşacağına inandığını deyib.

Advertisements

05.09.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: