Trabzon Avrasiya Universitetində Azərbaycanla bağlı silsilə tədbirlər keçiriləcək

Azərbaycanda səfərdə olan Trabzon Avrasiya Universitetinin rektoru Prof. Dr. Aşkın Asan millət vəkili Qənirə Paşayeva  ilə görüşüb

20150825_124729_resizedTrabzon Avrasiya Universiteti rektorunu Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Trabzon Avrasiya Universitetinin rektoru Prof. Dr. Aşkın Asan  Trabzon Avrasiya  Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Trabzon Avrasiya Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının artması üçün çalışdıqlarını qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Trabzon Avrasiya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Trabzon Avrasiya Universiteti rektoruna həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək  bu mövzuları özündə əks etdirən konfransların təşkil edilməsinin vacibliyini qeyd edib. Millət vəkili Trabzon Avrasiya  Universitetində ildə ən azı 3-4 dəfə Azərbaycanı, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni,bu günü və gələcək prespektivlərini, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı gəncləri daha geniş bilgiləndirən konfras, tədbir və görüşlərin keçirilməsini təklif edərək bunun vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Trabzon Avrasiya Universitetinin rektoru millət vəkili Qənirə Paşayevanın fikirləri ilə razılaşıb və sizin təkliflərinizi mütləq həyata keçiriləcək və Azərbaycan, Azərbaycan – Türkiyə münasibətləri, Türk dünyası, Qarabağ problemi ilə bağlı universitetdə  silsilə tədbirlər keçirəcəyik deyib və universitetdə təşkil ediləcək tədbirlərə millət vəkili Qənirə Paşayevanı dəvət edib.

Advertisements

28.08.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: