Qədim Boluda Q.Paşayevanın kitablarının təqdimat və imzalanması olub

Türkiyənin qədim bölgələrindən olan Bolu vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub.

IMG_7933Mərasimdə Bolu bölgəsinin çoxlu sayda ziyalıları, gəncləri,  jurnalistləri, eyni zamanda Beynəlxalq Koroğlu Simpoziumunda iştirak etmək üçün Boluya gələn Türk dünyasının müxtəlif bölgələrindən olan ziyalılar, sənətçilər də  iştirak ediblər. Təqdimat  zamanı  millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” kitabları da daxil olmaqla kitablarının  təqdimatı və imzalanması olub. “Fəxri Vətəndaşı olmaqdan hər zaman qürur duyduğum Boluda bu cür gözəl tədbirin təşkili üçün Bolu bələdiyyəsinə və universitetinə, tədbirdə iştirak edənlərə və media mənsublarına  təşəkkür edirəm” deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri işğaldan azad edəcəyimiz  Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyib. Qədim Bolunu Azərbaycanda daha geniş tanıtmaq üçün “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının yaxın günlərdə çapdan çıxacaq  yeni  2-ci hissəsində Bolu ilə bağlı geniş yazısının da öz əksini tapacağını deyən Qənirə Paşayeva “bu mənim qədim Bolu və əziz bolululara sevgimin bir ifadəsi də olacaq” deyib.Millət vəkili sonra Bolu  ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. Bolu bələdiyyə başqanı və universitetin rektoru millət vəkili Qənirə Paşayevaya təqdimat və imzalanma mərasimi üçün təşəkkürlərini bildiriblər. Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.  

 

Advertisements

24.08.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: