Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Beynəlxalq Koroğlu simpozimu ilə bağlı Boluya səfəri çərçivəsində Bolu valisi Aydın Baruşla görüşüb

Millət vəkili Qənirə Paşayeva Bolu valisi Aydın Baruşla  görüşdə Qarabağ problemi, Xocalı Soyqırımından danışıb və gənc nəsillərə ortaq tariximizi yaxşı öyrətməliyik deyib.  

11911028_975391969166453_1789202323_nMillət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Beynəlxalq Koroğlu simpozimu ilə bağlı Boluya səfər edib və səfər çərçivəsində Bolu  valisi Aydın Baruşla  görüşüb.  “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır.  Ümummilli  lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı qardaş  Türkiyədə şəhid olan 57 şəhidlə bağlı valiyə başsağlığı verib, şəhidlərə  Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən də geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər.Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva Bolu  valisi Aydın Baruşa həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən”, ”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Boluya Beynəlxalq Koroğlu Simpoziumunda çıxış və “Azərbaycan-Türkiyə münasibətləri:dünəni, bu günü, gələcəyi.  Ortaq acımız Dağlıq  Qarabağ münaqişəsi” adlı konfrans  vermək üçün dəvət edildiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu movzularda daha aktiv olmalıdırlar deyib. Bolu  valisiAydın Baruş öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”. Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edərək kitabın 20 gün sonra çıxacaq 2-ci hissəsində qədim  Bolu ilə bağlı yazdığı geniş yazının Fəxri Vətəndaşı olsudu Bolu və  əziz bolululara   kiçik bir hədiyyəsi olacağını  deyib. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə edilib ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərir deyib. Bayburtun  mərkəzi parklarından birinə Qarabağ, adının verilməsi ilə bağlı təklifinə bələdiyyə başqanının müsbət cavab verdiyini və artıq bu təklifin reallığa çevrildiyini deyən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb. Millət  vəkili  Bolu  valisi Aydın Baruş və xanımını ölkəmizə dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Bolu  valisi Aydın Baruş Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Bolu  arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Bolunun  da Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması barədə işlər inşallah yaxın zamanlarda reallığa çevriləcək. Burada Boluda xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk”. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu  valisi Aydın Baruşa özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və  Azərbaycan bayrağı hədiyyə edib.

 

Advertisements

22.08.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: