Millət vəkili Qənirə Paşayeva Bayburt valisi Yusuf Odabaşla Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımından danışıb

Millət vəkili Qənirə Paşayeva  Bayburt  valisi Yusuf Odabaşa Bayburtla Azərbaycan bölgələrindən birinin qardaşlaşmasını təklif edib.

????????????????????????????????????

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bayburta səfəri zamanı Bayburt  valisi Yusuf Odabaş ilə görüşüb. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümummilli  lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.”. Qənirə Paşayeva Bayburt  valisi Yusuf Odabaşa həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Bayburta BEKDER-in  dəvəti ilə gəldiyini, bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bayburt  valisi Yusuf Odabaş öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”.Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edərək orada Qədim  Bayburtla  bağlı yazdığı geniş yazının əziz  Bayburtlulara kiçik bir hədiyyəsi olduğunu deyib. O bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə edilib ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərir deyib. Bayburtun  mərkəzi parklarından birinə Qarabağ, mərkəzi küçələrdən birinə  Azərbaycan adının verilməsi ilə bağlı təklifinə bələdiyyə başqanının müsbət cavab verdiyini deyən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb. Millət  vəkili  Bayburt  valisi Yusuf Odabaşı və xanımını ölkəmizə dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Bayburt valisi Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Bayburt  arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Bayburtun  da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Burada Bayburt  Universitetində xeyli sayda gənclərimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bayburt  valisi Yusuf Odabaşa özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti,  Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və  Azərbaycan bayrağı hədiyyə edib. Bayburt  valisi Yusuf Odabaş da millət vəkili Qənirə Paşayevaya Bayburtla bağlı materiallar,  kitablar hədiyyə edib.Görüşdə əslən Bayburtlu olan SOCAR Türkiyə başqanı  Kenan Yavuz və Azərbaycandan bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də iştirak edib. Onlar da Azərbaycan-Türkiyə münasibətləri, gələcək prespektivlər və gənc nəsillərin bir-birimizi daha yaxından tanıma və sahiblənmə ruhunda tərbiyə edilməsinin vacibliyi ilə bağlı fikir və düşüncələrini bölüşüb, geniş fikir mübadiləsi aparılıb.

Advertisements

24.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: