Millət vəkili Q.Paşayeva kəndlərdə müəllimləri Ramazan bayramı münasibəti ilə təbrik edib

Millət vəkili Q.Paşayeva kəndlərdə müəllimləri Ramazan bayramı münasibəti ilə təbrik edib və uşaqları zərərli təsirlərdən qorumaq istiqamətində onları daha fəal olmağa çağırıb.

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva  və Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzaslan Ramazan bayramında Tovuz rayonunun böyük kəndlərindən Qədirli və Cilovdarlının müəllimlərini təbrik ediblər. Ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq müəllimlərə Allahdan bütün dualarına çatmalarını diləyən  millət vəkili Q.Paşayeva gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Qədirli  kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda  fədakar müəllimlərimizin böyük rolu var və müəllimlərə bu fədakar peşələrində və həyatlarında hər zaman böyük uğurlar diləyirəm. Məktəbin direktoru  Arif  Quliyev  çıxış edərək diqqət üçün təşəkkürünü bildirib və kənddə bu il tələbə adını qazanacaq gənclərin sayının ötən illə müqayisədə daha da artacağına inandığını deyib. Məktəb direktoru məktəbdə təhsilin vəziyyəti, qarşıda  duran hədəflər barədə də məlumat verib. Müəllimlərin fikir və qayğılarını dinləyib fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaret, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib :“Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər görməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib. Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzaslan çıxışında Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğunu deyib və Türkiyədəki qardaş-bacılarımızın Ramazan bayramı təbriklərini gətirdim deyərək onlara bütün dualarına çatmalarını diləyib. Azərbaycan və Türkiyənin daha da güclənməsi ən böyük dularımızdan biridir deyən millət vəkili Qənirə Paşayevanın fikirlərini  davam etdirən Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzaslan inşallah bu cür tədbirləri Azərbaycan və Türkiyə olaraq birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər o gözəl torpaqlarımızda da keçirək deyib və Azərbaycan-Türkiyə münasibətlətinin bu günü və gələcəyindən, KİV və gənclərin ortaq həqiqətlərimizin yayılmasındakı rolu barədə geniş çıxış edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllimlərə bayram hədiyyələrini və müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onlara hər günlərinin bayram kimi keçməsini diləyib.

 

Advertisements

21.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: