Millət vəkili Qənirə Paşayeva,Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayramını Tovuzda Ermənistanla ön cəbhədə əsgər və hərbçilərimizlə qeyd edib

Millət vəkili Qənirə Paşayeva,Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayramını Tovuzda Ermənistanla ön cəbhədə əsgər və hərbçilərimizlə qeyd edib

DSC_0373Millət vəkili Qənirə Paşayeva,Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.     Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan  ilk dəfə Azərbaycana səfər etdiyini və ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən və Ramazan bayramını əgrəs və hərbçilərlə keçirməkdən  qürur duyduğunu  və  bu  tədbirin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin ümummilli lider Heydər Əliyevin söylədiyi kimi  bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan bu cür tədbirlərin işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu, Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduğunu deyib. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib. Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz”. Azərbaycan əsgərinin formasını geyinən Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan “bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam, onun bir əsgəriyəç və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuram” deyib və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətirib.    Hərbi hissənin rəhbərliyi çıxış edərək  belə görüşlərin zabit və əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra tədbir İlham Əsgəroğlu, Şəbnəm Tovuzlu və rayonun digər mədəniyyət-incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam edib. Sonra millət vəkili Qənirə Paşayeva və Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan əsgər və hərbçilərlə birgə yemək yeyiblər.

Advertisements

16.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: