Millət vəkili Qənirə Paşayeva kənd sakinləri ilə görüşüb və onları artan ilanvurma təhlükələrinə qarşı diqqətli olmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüş onların qayğı və problemlərini dinləyib

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva söhbət zamanı son zamanlar rayonda artan ilanvurma hallarından danışıb və sakinləri çöldə, həyətyanı sahələrində işləyən zaman diqqətli olmağa çağırıb. Millət vəkili bildirib ki, yay fəsli olduğundan əkinlə məşğul olan kənd sakinləri çox diqqətli olmalıdırlar. Çünku son 1-2 ay ərzində artıq sadəcə Tovuzda bir neçə dəfə nəfər ilanvurması nəticəsində xəstəxanaya yerləşdirilib və bəzilərini xilas edə bilmək üçün təcili Bakı şəhərində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikoloji şöbəsinə köçürülüb. Çöldə işləyən bütün sakinləri diqqətli olmağa çağıran millət vəkili belə hal baş verdikdə isə həmin şəxsin təcili, vaxt itirmədən rayon mərkəzi xəstəxanasına çatdırılmasının vacibliyindən danışıb. Rayon baş həkimi ilə hər dəfə ilanvuran xəstələrlə bağlı söhbətində onun  xəstəxanada lazımi zərdabların olması ilə bağlı fikirlərini söyləyən millət vəkili ilanvurma hallarında gecikməyə yol vermək olmaz deyib. Ayrı-ayrı kəndlərdə ilan vuran 3 nəfər kənd sakininin, cavan xanımların yaxın günlərdə həkimlərimiz tərəfindən xilas edildiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqlarını özləri ilə əkin sahələrinə aparan ailələri xüsusi diqqətli olmağa çağırıb. Bir sıra imkansız ailələri və xəstələri ziyarət edib,onların qarşıdan gələn Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva  sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabdeh qurumla danışaraq dəstək göstərmələrini xahiş edib. Millət vəkili görüş zamanı ona müraciət edən bir sıra xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Millət vəkili bütün sakinləri bədbəxt hadisələrə qarşı evlərini sığortalatmağa da çağırıb.

 

Advertisements

14.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: