Millət vəkili Qənirə Paşayeva Tovuzda görüş keçirib, artan yol qəza faciələrindən danışıb və sürücüləri və piyadaları diqqətli olmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda görüş keçirib, artan yol qəza faciələrindən danışıb və sürücüləri və piyadaları diqqətli olmağa çağırıb. 

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva Tovuzda Hunan kəndində sakinlərlə görüşüb onların qayğı və problemlərini dinləyib. Millət vəkili Qənirə Paşayeva söhbət zamanı son zamanlar artan dəhşətli yol qəza faciələrindən danışıb və Tovuzda təkcə son 3 ayda böyük faciə və insanların ölümü ilə nəticələnən hadisələrə diqəti yönəldərək bütün sürücü və piyadalarımızı diqqətli olmağa çağırırıq deyib. Millət vəkili surətli avtomobil idarə etmənin hər yerdə pis hadisələrlə nəticələndiyini vurğulayaraq sürücülərimizi heç bir yerdə özəlliklə də kəndlərdə surətli avtovobil idarə etməyəyə və diqqətli olmağa çağırırıq. Tovuzda son 3 ayda nə qədər ailə gözüyaşlı, körpələr atasız qaldı deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə gəncləri xüsusilə ciddi  diqqət yetirməyə çağırıb. Bir sıra imkansız  ailələri və xəstələri ziyarət edib və onların qarşıdan gəlıən Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva  sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabdeh qurumla danışaraq dəstək göstərmələrii xahiş edib. Sakinlərin ən böyük istəyi isə kəndin qazlaşması məsələsi olub. Millət vəkili Qənirə Paşayevanın bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırdığını gördüklərini deyən və bunun üçün təşəkkürlərini bildirən kənd sakinləri bu məsələnin yaxın zamanlarda öz həlllini tapa bilməsi üçün Qənirə Paşayevadan təkrar hökumət və Azəriqaza müraiət etməsi üçün xahiş ediblər. Bu məsələni Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayevdən, Azəriqaz prezidenti  Əkbər Hacıyevdən  bir neçə dəfə xahiş etdiyini və bu kəndin qonşuluğunda yerləşən bütün kəndlərin təbii qazla təmin edildiyini və sakinlərin və öz adından həmin xətdən Hunan kəndinə də təbii qaz verilməsini xahiş etdiyini və yenidən bu istiqamətdə müraciət edəcəyini bildrib və sakinlərin bu istiqamətdə narahatlıqlarını çox yaxşı anladığını da bildirib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Hunan sakinləri Tovuz şəhərindən kəndə gələn yolun yüksək səviyyədə çəkilməsini xusisi vurğulayaraq cənab Prezidentə təşəkkürlərini bildiriblər.  Millət vəkili sakinləri  uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

 

Advertisements

13.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: