“Ədəbi Nobel” antalogiyası Tovuzda təqdim olundu

Millət vəkili Qənirə Paşayeva Tovuzda ədəbiyyata daha dərindən vaqif olmaq və yaxından öyrənmək istəyən gənclər üçün növbəti tədbir keçirib.

????????????????????????????????????

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel” antologiyasının rayonda təqdimatını keçirən xanım millət vəkili tədbirdə iştirak edən bütün gənclərə kitab hədiyyə edib. Q.Paşayeva bildirib ki, “Ədəbi Nobel” antologiyasında indiyədək Nobel ödülü almış bütün yazıçıların həyat və yaradıcılığı haqqında yığcam bilgilər, onların ən gözəl əsərlərindən seçmələr yer alıb və bu gənclər üçün çox dəyərli bir kitabdır.

Gələcək həyatını ədəbiyyatla bağlamaq  istəyən hər bir kəsin yaxşı mütaliə etməsinin önəmini vurğulayan millət vəkili gəncləri öz zamanlarını boş yerə xərcləyib, teleseriallar və şou proqramlar qarşısında vaxt keçirməkdənsə dəyərli kitablara zaman ayrımağa çağırıb.

Tərtib edəni və nəşrə hazırlayanı Nəriman Əbdülrəhmanlı olan “Ədəbi Nobel” antalogiyasının “önsöz” yazarı kimi gənclərin suallarını da cavab­landıran xanım Paşayeva, onlara dünya ədəbiyyatı və klassik Azərbaycan ədəbiyyatına aid maraqlı kitablar hədiyyə edib. “İnsanın daxili zənginliyi ancaq oxumaqdan, öyrənməkdən keçir” deyən millət vəkili, böyük əsərlərin onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva “Ədəbi Nobel” antalogiyasını rayonun bütün kənd kitabxanalarına gənclərin oxuması üçün hədiyyə edib.

 

 
 

Advertisements

11.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: