Millət vəkili Qənirə Paşayeva gənclərlə görüşüb və onları narkotik satıcılarının toruna düşməməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva gənclərlə görüşüb və onları narkotik satıcılarının toruna düşməməyə çağırıb

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Tovuzun Qədirli və Cilovdarlı kəndlərinin çoxlu sayda şagirdlərinin, gənclərinin iştirakı ilə gənclər arasında zərərli vərdişlərin artmasına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, narkotikdən istifadə edən gənclərin artması hamımızı ciddi narahat edir. Narkotik o qədər ciddi bir bəladır ki, bəzən sadəcə onu istifadə edənin deyil, bütün ailəsinin faciəsinə çevrilir deyən millət vəkili Qənirə Paşayeva narkotik satıcılarının gəncləri müxtəlif yollarla tora salmalarından və onda ciddi asılılıq yaratdıqlarından sonra dönüşün bir çox hallarda mümkünsüz olduğu və ya uzun illər ciddi müalicə və psixoloji dəstəklə sadəcə həmin şəxsi xilas edə bilməyin mümkünlüyündən danışıb. O, gənclərə diqqətli və ehtiyatlı olmağa, narkotik satıcılarının, milləti zəhərləməklə pul qazanan zərərli insanların toruna düşməməyə çağırıb. Millət vəkili müəllim və ailələri də diqqət və həssaslığı artırmağa, belə hallar varsa onu gizlətməməyə, lazımi orqanlara müraciət etməyə, narkotikdən istifadəyə başlayan gənci isə vaxt keçmədən müalicəyə cəlb etməyin vacibliyindən danışıb və gizlətmək vəziyyəti daha da gərginləşdirə, asılılığı daha da artıra və dönüşü mümkünsüz bir vəziyyətə gətirə bilər deyib.  Bu gün narkomaniya üzündən dağılan bəzi gənc ailələrin faciəsinə toxunan millət vəkili Qənirə Paşayeva fəal gənclərı öz ətraflarında da aktiv maarifləndirmə işləri aparmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tədbirdə ictimai yerlərdə siqaretin çəkilməsinin mənfi nəticəlıəri ilə bağlı da çıxış edib və gənclərə bu məsələyə diqqəti daha da artırmağa çağırıb. Biz buna qarşı birgə mübarizə etməliyik deyən millət vəkili gəncləri siqaretdən də uzaq durmağa çağırıb. “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə, narkomaniya ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq bu zərərli zərdişlərə qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”. Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyən Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) gənclərə hədiyyə edib.

 

Advertisements

10.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: