Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib 

????????????????????????????????????

Tovuzda sakinlərlə görüşən millət vəkili Qənirə Paşayeva bir çox xəstələrin vəziyyəti ilə maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlərin təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, içməli və  əkin suvarması suyu ilə bağlı təchizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.Sakinlər ən ciddi problemlərinin özəlliklə yay aylarında içməli və əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlədə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara ediləəlavə vədəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva  rayon sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili Qənirə Paşayeva analarla geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Bəzi imkansız ailələri də ziyarət edən millət vəkili Qənirə Paşayeva onların qarşıdan gələn Ramazan bayramlarını təbrik edib.

 

Advertisements

08.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: