Millət vəkili Qənirə Paşayeva C.Sadıqov adına Qədirli kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva C.Sadıqov adına kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb və onların xahişini hökumətə çatdıracağına söz verib  

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva bildirib ki, C.Sadıqov adına Qədirli  kənd  orta  məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda  fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək  götürməlidir. Məktəbin direktoru  Arif  Quliyev çıxış edərək məktəbdə təhsilin vəziyyəti, əldə olunan uğurlar və yaxınlaşan qəbul imtahanlarında ötən illə müqayisədə daha da yaxşı nəticələr gözlədiklərini deyib. Müəllimlər Qədirli  kənd  orta  məktəbinin  binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinə və ya indiki binanın təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla  bağlı  hökumətə  və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı, bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. C.Sadıqov adına Qədirli  kənd  orta  məktəbin  binasının  vəziyyətinin  təhsil  üçün  yaxşı vəziyyətdə olmadığını deyən millət vəkili Qənirə Paşayeva Qədirli və Cilovdarlı kəndlərinin ikisinin sadəcə bir məktəb binasına sahib olması, məktəbin ağır vəziyyətdə olması,  kənd  orta  məktəbinin  yeni  binasının tikintisi üçün hökumətə, baş nazir cənab Artur Rəsizadəyə  və  Təhsil  Nazirinə  müraciət etdiyini  və  problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil  naziri Mikayıl  Cabbarova və hökumətə millət vəkili kimi xahiş və  müraciət  edəcəyini də  vurğulayıb. Müəllimlərin fikir və qayğılarını dinləyib fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq  bu  ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib.  Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət  edib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə  müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda  kitablar  və məktəbə özünün hədiyyələrini də təqdim edib.

 

Advertisements

07.07.2015 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: